XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


24.06.2021  14:18 

Prezident Hikmət Mirzəyevlə Zaur Məmmədovu da mükafatlandırdı





A+  A-

Prezident İlham Əliyev bu gün Azərbaycan Xüsusi təyinatlı qüvvələrinin komandanı, general-leytenant Hikmət Mirzəyev və Şuşanın ilk komendantı, general-mayor Zaur Cavanşiri (Məmmədov) mükafatlandırıb.
XəzərNews.az xəbər verir ki, hər iki general “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.

Komandan Hikmət Mirzəyev müasir hərb tariximizin ən önəmli simalarından biridir.

O, Biləsuvar rayonunda doğulub. “Aprel döyüşləri” və Vətən Müharibəsində aparılan hərbi əməliyyatların rəhbərlərindəndir. Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi vaxtı - ötən il oktyabrın 17-də ona general-leytenant ali hərbi rütbəsi verib. H.Mirzəyev Kəlbəcər, Şuşa, Qubadlı, Füzuli və Cəbrayılın azad edilməsinə görə medalları ilə təltif olunub, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Vətən Müharibəsi qələbəsinə həsr edilən Zəfər paradında üç kolondan ibarət Xüsusi Təyinatlı Qüvvələrin parad heyətinə də komandan Hikmət Mirzəyev rəhbərlik edib.

XTQ komandanlarından biri, Cavanşirlər sülaləsindən olub Pənahəli xan nəslinin nümayəndəsi, “Zəfər paradı”nda meydanda “Zəfər bayrağı”nı daşıyan Zaur Məmmədov dekabrın 7-də general-mayor rütbəsi alıb.

Zaur Məmmədov qələbənin qazanılmasında müstəsna xidmətləri olan hərbi hissələrin döyüş bayraqlarını Azadlıq meydanına gətirən döyüş bayraqdarları qrupuna başçılıq edib.

Z.Məmmədov “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb, Şuşanın və Füzulinin azad edilməsinə görə də mükafatlandırılıb.

Xəbər 3170 dəfə oxunub.




09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +