Netanyahu “erməni soyqırımı“nı tanıdı
Sabah Azərbaycanda 39 dərəcə isti olacağı gözlənilir
Tramp Nobel Mükafatına ən yaxşı namizəddir - Vitkoff
Zaxarova: Qərb Zelenskiyə öz pulundan istifadə edərək...
Ağdama qatarla 12 manata gedəcəyik
Ukraynalı qadın Eyfel qülləsi yaxınlığında zorlanıb
Rusiya Xersonu oda bürüdü
Yanacaqdoldurma məntəqəsində yanğın oldu
30 il əvvəl törədilən qətlin üstü açıldı - Azərbaycanda
Kimlərə sosial ödənişlər verilməyəcək?


15.03.2021  12:58 

10 dəfə oğurluq edən şəxs saxlanılıb





A+  A-

Lənkəran 10 dəfə oğurluq etməklə vətəndaşlara 17 min manatdan artıq maddi ziyan vuran şəxs saxlanılıb.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan XəzərNews.az-a verilən məlumata görə, Lənkəran rayonunun Şilavar kənd sakini S.Kərimova məxsus yaşayış evindən dəyəri 8 min manatdan artıq olan qızıl-zinət əşyaları oğurlanıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluğu törətməkdə şübhəli bilinən Lənkəran şəhər sakini Miçail Qasımov saxlanılıb. Saxlanıldıqdan sonra üzərinə keçirilən baxış zamanı ondan psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb.

M.Qasımovun ətrafında aparılan əməliyyat tədbirləri ilə onun əlavə olaraq Lənkəran rayonu ərazisində 1 nəfərin əl çantasından, 3 evdən, 3 mağazadan, 2 həyətdən dəyəri 9490 manat dəyərində məişət əşyaları, nağd pul, tütün məmulatları və s. oğurladığı müəyyən edilib.

Faktlarlar bağlı araşdırma aparılır.

Xəbər 2904 dəfə oxunub.



27.08.2025  11:46 

Rusiya Xersonu oda bürüdü

26.08.2025  12:30 

Kiyevdə rus casusu saxlanıldı


BÜTÜN XƏBƏRLƏR +