Estoniyadan bu ölkəyə MİLYONLUQ YARDIM
Daha bir general həbs edildi
Tanınmış həkim Sankt-Peterburqda boğulub
Bakının bu qəsəbəsində meyxanaya pis baxılır? - VİDEO
Geri çağırılan səfirin katibəsindən uşağı var - Foto
AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro


21.07.2023  11:06 

İş yerləri niyə bağlanır? - Açıqlama





A+  A-

Dövlət Statistika Komitəsi ölkədə işləyənlərin sayını açıqlayıb. 2023-cü il iyunun 1-nə olan vəziyyətə ölkə iqtisadiyyatında muzdla (yəni əmək müqaviləsi ilə) çalışan işçilərin sayı 1726,3 min nəfər olub. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 20,3 min nəfər və ya 1,2 faiz artıqdır.

Bununla yanaşı, son bir ayda ölkədə işləyənlərin sayında kəskin azalma var. Mayın 1-də olan vəziyyətə görə, ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1734,2 min nəfər idi. Bu da o deməkdir ki, bir ay ərzində ölkədə işləyənlərin sayı 7,9 min nəfər azalıb.

Dövlət sektorunda azalma 2,5 min nəfər olub, özəl sektorda isə işçilərin 5,4%-i ixtisar edilib.

Bəs, bu ixtisarlar nə ilə əlaqədardır? Daha çox hansı sahədə çalışan insanlar ixtisar edilib?

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Bakupost.az -a açıqlamasında bildirib ki, ixtisarların əsas səbəbi inflyasiya və ərzaq qiymətlərinin artmasıdır:

“İqtisadiyyatda məşğul olanların sayının azalması 2023-cü ilin əvvəlindən iqtisadi artımının ləngiməsi səbəbindən baş verib. Statistik məlumatlara istinad etsək, 2023-cü ilin əvvəlindən Azərbaycanda iqtisadi atım müşahidə olunmur. Cəmi 0-1 faiz arasında artım var. Bu da iqtisadiyyatda məşğulluğu kifayət qədər təmin edəcək gücdə deyil".
Onun sözlərinə görə, buna səbəb isə inflyasiyadır:

"Bir çox sahələr inflyasiya üçün çağırış edir. Xüsusən, ərzaq qiymətlərinin bahalaşması alıcılıq qabiliyyətinin azalmasına səbəb olur. İnflyasiya əhalinin gəlirlərini üstələyir. Əhali də əlindəki pulu birinci ərzağa xərcləyir. Ərzaq qiymətləri qalxdığı üçün də digər istiqamətə yönələn pul kütləsi azalır, qeyri-ərzaq və real sektorda aktivliyi aşağı salır. Əhali məişət avadanlıqları, mebel, avtomobil və s. məsələlərdə ehtiyatlı davranmağa başlayır. Çünki pulunu ərzağa, kommunala və nəqliyyat problemlərinə xərcləyir. Digər sektorlara az pul xərclənir. Şirkətlər də məhsulları sata bilmirlər. Bu da yeni iş yerilərinin açılmasına yox, mövcud iş yerlərinin bağlanması və optimizasiyaya gətirib çıxarır. Şirkət gəlirləri aşağı düşdüyü üçün əmək haqqı ödəyə bilmir. Bu zaman işçi sayını korrektə etməli olur”.

İqtisadçının sözlərinə görə, əhalinin gəlirləri ilə bağlı statistik göstəricilər aldadıcıdır:

“Statistika əhalinin orta gəlirlərinin artdığını göstərir. Lakin Azərbaycanda gəlirlərin şəffaflaşma dərəcəsi kifayət qədər deyil. İnsanların gəlirləırinin müəyyən hissəsi vergisiz, gizli olduğuna görə, rəsmi statsitikada əks olunmur. Məsələn, bir insanın aylıq gəliri 1000 manat olub. Onun 500-ü rəsmi, 500-ü isə qeyri-rəsmi olub. İndi isə rəmi hissəni 700, qeyri-rəsmi hissəni də 250 manat ediblər. Rəsmi hissəni qaldırdıqda vergi də qalxır. Buna görə də statistikaya istinad etmək düzgün olmayan nəticələrə gətirib çıxarır”.

X.Kərimli bildirib ki, inflyasiya problemi həllini tapsa, mövcud vəziyyət müsbətə doğru dəyişə bilər:

“İnflyasiya ensə, əhalinin real gəlirləri artsa, vəziyyət düzələcək. Lakin buna çatmaq üçün çox vaxt lazımdır. Manat stabildir. Makroiqtisadi vəziyyət yaxşıdır. Ancaq qonşu ölkələrlə müqayisədə inflyasiya və ərzaq qiymətlərinin bizdə daha yüksək olduğu müşahidə edilir”.

Xəbər 2981 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.09.2025  13:37 

Putin Dmitri Medvedyevi təltif edib

14.09.2025  13:26 

Sabahın havası açıqlandı

14.09.2025  13:17 

Kiyevdə neft anbarı partladıldı

14.09.2025  13:05 

Daha bir general həbs edildi

12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları


BÜTÜN XƏBƏRLƏR +