Tanınmış həkim Sankt-Peterburqda boğulub
Bakının bu qəsəbəsində meyxanaya pis baxılır? - VİDEO
Geri çağırılan səfirin katibəsindən uşağı var - Foto
AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze


17.09.2021  08:46 

Ukrayna Rusiya ilə sərhədini gücləndirir





A+  A-

Ukrayna müharibə ehtimalına qarşı Rusiya ilə sərhədi gücləndirməyə başlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkənin təhlükəsizliyini təmin etmək məqsədi daşıyan infrastruktur inşaatı işləri Sumı bölgəsində mühəndislik qrupları tərəfindən aparılır.

Sərhədə yerləşdirilən xüsusi hərbi təchizat sərhəd mühafizəçilərinin nəzarəti altında müdafiə üçün xəndəklər qazmağa başlayıb.

“İstehkamlar sərhəd təhlükəsizliyini artırmaqla yanaşı, silahlı hücum olacağı halda, düşmənin hərəkətini məhdudlaşdırır”, - məlumatda deyilir.

Bundan başqa, qeyd olunub ki, sərhəd xətti boyunca 30-50 metr genişlikdəki mülklər invertara keçirilib. Bu mülklər mühəndis-istehkam obyektləri üçün istifadə olunacaq.

Xəbər 3652 dəfə oxunub.




12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları


BÜTÜN XƏBƏRLƏR +