Gəlirlər 38.4, xərclər isə 41.5 milyard manat: Fərqi necə qapadacağıq?
Rusiya Ukraynaya yüzlərlə meyit qaytardı
Mourinyo rəsmən “Benfika”ya gəldi
Eyfel qülləsi bağlanıb
“Papa Johns“dan “papadias” aldı, içindən görün nə çıxdı?
Kişi olmadığını məhkəmədə sübut edəcək
Hökmran mövqe verilməsi yolverilməzdir - Ekspert
“Parkovşik“ işləyən futbolçu...
TDT-yə sədrlik Qırğızıstandan Azərbaycana keçəcək
Jurnalist: “Prezident şəxsən səhhətimlə maraqlandı”


08.04.2023  12:25 

Hamı ittiham edir, hamı əmindir... - Şairdən sərt mövqe





A+  A-

"İran da lənətə gəlsin, ona işləyən də, amma bu qədər adamı məhkəməsiz-filansız "İrana işləyir" ittihamı ilə tutub içəri doldurmaq və ictimai müzakirəyə çıxarmaq nə deməkdir? Kim müəyyən edir bunu? Necə müəyyən edir? Əlində hansı faktlar var? Və bu faktların doğruluğuna necə əmin olub? Ən başlıcası, ona konstitusiyanın fövqünə qalxan bu müstəsna səlahiyyəti kim verib?"

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə yazıçı Şərif Ağayar çıxış edib.

Ş.Ağayarın sözlərinə görə, buyruq mətbuatı yazır, biz də hissə qapılıb "layk"dan basırıq:

"Halbuki xırda bir empatiya kifayətdir ki, azca tərəddüd edib düşünəsən. Lap vətən xaini olsa belə qarşımızdakı Azərbaycan vətəndaşıdır və onun hüquq və azadlıqlarını nəzərə almaq hamının, ən başda da Azərbaycan dövlətinin borcudur.

Hamı ittiham edir, hamı əmindir, heç kimə məhkəmə sübutu lazım deyil...

Və bu adamların çoxu müəllim, həkim, jurnalist, yazıçıdır...

İrana işləyənlərdən çox, üz-üzə dayandığımız bu xor qorxudur adamı...

Nə deyəcəyimi bilmirsən".


Xəbər 2695 dəfə oxunub.




18.09.2025  16:18 

Eyfel qülləsi bağlanıb

18.09.2025  13:02 

Prezident Marta Kosu qəbul edib

18.09.2025  10:15 

“Netflix“ Bakıya gəlir

17.09.2025  17:57 

Hərbçimiz qəzada həlak olub


BÜTÜN XƏBƏRLƏR +