“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu
“Barama“ bağçasında azyaşlı zorakılığa məruz qaldı
20 yaşlı ana doğuş zamanı öldü
Polşanın daxili işlər naziri Belarusla sərhədi bağladı
Tulada müdafiə zavoduna hücum oldu
Formula 1: Bakıda bu yollar bağlanacaq
Direktor müavini kanala düşərək ölüb
Azərbaycanlı Almaniyada saxlanıldı


15.01.2020  10:38 

Kosmosa müntəzəm turist uçuşları təşkil ediləcək





A+  A-

Bu ildən etibarən məşhur "Virgin Calactic" şirkəti kosmosa müntəzəm və kütləvi turist uçuşları təşkil edəcək.
XəzərNews.az yerli mediaya istinadən xəbər verir ki, uçuşların cari ilin ortalarından etibarən reallaşması nəzərdə tutulur. Artıq indidən 3557 bildiriş aldığını bidlirən şirkət, uçuş qiymətinin 250 min dollar olduğunu qeyd edib.

Şirkət vasitəsi ilə kosmosa səyahət edəcək hər kəs səfərdən öncə "Astronavt Təlim Proqramı"ndan keçəcək və səfər üçün zəruri olan məlumatlar əldə edəcək.

Xatırladaq ki, kosmosa turist səfərləri yaxın gələcəyin ən mühüm və perspektivli iqtisadi layihələrindən biri hesab edilir. Bu səbəblə də ABŞ-ın ardınca bir sıra ölkələr kosmosa turist səfərinə imkan verən kosmik gəmilərin hazırlanmasına start verib. Yaxın gələcəkdə kosmosa turist yola salmaq arzusunda olan dövlətlərdən biri də Azərbaycanın şimal qonşusu Rusiyadır. Artıq bu məqsədlə Rusiyada kosmik gəminin inşasına start verildiyi bildirilir.

Onu da qeyd edək ki, hələ ötən ilin fevralında "Virgin Calactic" şirkəti bir sərnişinin sınaq məqsədi ilə kosmosa səfərini təşkil edib.

Xəbər 3072 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +