Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək
Tələbə krediti ilə bağlı yenilik


06.10.2025  18:28 

Bu rayonlarda altı ay ərzində heç bir iş yeri açılmayıb





A+  A-

Azərbqaycanda bəzi rayonlarda altı ay ərzində heç bir yeni iş yeri açılmayıb.

XəzərNews.az FED.AZ-a istinadən xəbər verir ki, Azərbaycanda 2025-ci ilin ilk yarısında on minlərlə yeni iş yerinin açılması fonunda, bəzi rayonlarda iqtisadi aktivliyin demək olar ki, dayanıb.

Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə görə, bəzi rayonlarda altı ay ərzində heç bir yeni iş yerinin açılmayıb.

Birinci yarımildə ən aşağı göstəricilər

Ən acınacaqlı vəziyyət Kəngərli və Ordubad rayonlarında qeydə alınıb – bu rayonlarda altı ay ərzində bir dənə də olsun yeni iş yeri açılmayıb.

Vəziyyət Sədərək və Culfa rayonlarında da ürəkaçan deyil, burada cəmi 1, Babək rayonunda isə cəmi 2 yeni iş yeri yaradılıb.

İqtisadi aktivliyin zəif olduğu digər rayonlar sırasında Xızı (7), Daşkəsən (8), həmçinin Şahbuz, Ucar və Zəngilan rayonları (hər birində 11) yer alıb ki, bu da həmin ərazilərdə demək olar ki, yeni iqtisadi fəaliyyətin olmadığını göstərir.

İkinci rübün çətin mənzərəsi

İlin ikinci rübünün nəticələri isə bu mənzərəni daha da aydınlaşdırır. Bu dövrdə sıfır göstəriciyə malik rayonların sırasına Sədərək də əlavə olunub. Xüsusilə diqqət çəkən məqam odur ki, Şuşa, Naftalan, Daşkəsən, Xızı, Babək və Culfa kimi 6 şəhər və rayonda rüb ərzində cəmi 1 yeni iş yeri açılıb. Masallı rayonunda bu rəqəm cəmi 5 təşkil edib.


Xəbər 897 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.10.2025  10:30 

Arestoviç axtarışa verildi

07.10.2025  10:14 

Neftimiz cüzi bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +