7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


25.10.2023  17:56 

Pike çuxura düşüb





A+  A-

İspaniya millisinin və "Barselona"nın sabiq müdafiəçisi, müğənni Şakiranın keçmiş əri Herard Pike “Kings League" media futbol turnirinin açılışında çuxura düşüb.

Xəzərnews.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.

36 yaşlı kataloniyalı avtoqraf vermək üçün tamaşaçılara doğru gedərən diqqəti cib telefonunda qalıb. Bir anda mobil telefonu ilə diqqəti yayınan keçmiş futbolçu səhnənin kənarına keçərək yerə yıxılıb.

Mənbənin məlumatına görə, insident nəticəsində Pike xəsarət almayıb. Daha sonra səhnəyə qayıdıb və avtoqraf verməyə davam edib.

Xatırladaq ki, Pike 2022-ci ilin noyabrında futbolçu karyerasını bitirdiyini elan edib. O, 2008-ci ildən "Barselona"da çıxış edib və klubda 616 oyuna çıxıb, 53 qol vurub və 15 məhsuldar ötürmə verib. Kataloniya klubunun tərkibində Pike doqquz dəfə La Liqa çempionu olub, yeddi dəfə İspaniya kubokunu və altı dəfə İspaniya Superkubokunu qazanıb, həmçinin üç dəfə Çempionlar Liqasını, UEFA Superkubokunu və Klublararası Dünya Çempionatını qazanıb.

Təranə
Xəzərnews.az


Xəbər 3063 dəfə oxunub.




07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +