7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


17.11.2022  17:30 

Naim Süleymanoğlu kimdir?





A+  A-

Dünya və Türkiyə ağır atletika tarixində unudulmaz adlar arasında yer alan Olimpiya, Dünya və Avropa çempionu Naim Süleymanoğlunun vəfatının 5-ci ildönümüdür. Naim Süleymanoğlu nə vaxt və necə öldü? Naim Süleymanoğlu kimdir?

Naim Süleymanoğlu Bolqarıstanda türk ailəsində anadan olub.

Gənc yaşlarından ağır atletika ilə məşğul olan Naim Süleymanoğlu 1993-cü il Dünya Çempionatında 3 qızıl medal qazanaraq iki dəfə dünya rekordu qırıb.

1988-ci il Seul Olimpiadasında o, təkanla qaldırmada 60 kq-da 190 kq-ı qaldıraraq dünya rekordu qırıb.

Sirroz səbəbiylə qaraciyər çatışmazlığından müalicə alan Süleymanoğlu 6 oktyabr 2017-ci ildə cərrahi qaraciyər transplantasiyası əməliyyatı keçirib. Transplantasiyadan sonra beyin qanaması səbəbiylə beyin əməliyyatına aparılan Süleymanoğlunun hələ də həyati təhlükəsinin olduğu açıqlanıb.

Həmin gündən reanimasiya şöbəsində müalicə alan Naim Süleymanoğlu 18 noyabr 2017-ci il tarixində 50 yaşında dünyasını dəyişib, cənazəsi 19 noyabr 2017-ci il bazar günü Fatih məscidindən çıxarılaraq Ədirnekapı Şəhidlərində dəfn edilib.

Yusif Əli
XəzərNews.az


Xəbər 2674 dəfə oxunub.




07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +