Məşhur müğənnilər saxlanıldı, buna görə…-FOTOLAR
Yenidən saxlanıldılar, bu dəfə isə…
Aparıcı Rövşanə TV-yə qayıdır -FOTO
7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor


22.04.2022  17:41 

Polisin öldürdüyü nişanlısının 2 uşağı olub





A+  A-

Bu gün Bakıda nişanlısını öldürüb daha sonra intihar edən müstəntiqin gecə növbədə olduğu məlum olub.

XəzərNews.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Xəzər Rayon Polis İdarəsinin İsitntaq şöbəsinin müstəntiqi, mayor Tural Abbasov ötən gün axşamdan bu gün səhərə kimi idarədə növbətçi olub.

O, səhər saat 09 radələrində Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən idarədə növbəsini təhvil verib və şəxsi avtomobili ilə Nərimanov rayonu Qarabağ küçəsindəki binaya – nişanlısı Günay Cabbarovanın yaşadığı mənzilə gedib.

Burada G.Cabbarovanı qətlə yetirən Tural Aslanov daha sonra intihar edərək həyatına son qoyub.

İlkin məlumata görə, onların arasında gecə saatlarında mübahisə olub.

O da məlum olub ki, qətlə yetirilən G.Cabbarova 2 uşaq anası olub.

Qeyd edək ki, T.Aslanov daha əvvəl Şamaxı və Qaradağ rayonlarında müstəntiq işləyib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər 3422 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +