Yenidən saxlanıldılar, bu dəfə isə…
Aparıcı Rövşanə TV-yə qayıdır -FOTO
7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib


18.07.2021  16:48 

Dənizdə batan 5 nəfər xilas edildi





A+  A-

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 76 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma ilə bağlı 12 fakt üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən XəzərNews.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb, insanların həyatı xilas edilib.

Sutka ərzində 1-i azyaşlı olmaqla 13 nəfər, o cümlədən çimərlik və qeyri-çimərlik ərazidə batma təhlükəsi ilə üzləşən 5 nəfər xilas edilib. Bundan başqa, Sumqayıt şəhərində 18-ci mikrorayon ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı biri yataq xəstəsi və ikisi azyaşlı olmaqla 10 nəfər təxliyə olunub.

Həmçinin iyulun 17-də Xaçmaz rayonunun Nabran kəndi yaxınlığında qeyri-çimərlik ərazidə batan 2006-cı il təvəllüdlü Əliyev Malik Sahil oğlunun meyiti sahildə aşkarlanıb və aidiyyəti üzrə təhvil verilib.

Əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində tədbirlər fasiləsiz həyata keçirilir.

Xəbər 3611 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +