7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


02.10.2020  22:19 

Ermənilərin atdığı mərmi İranla sərhəddə yanğına səbəb oldu





A+  A-

Ermənistan silahlı qüvvələrinin atdığı mərmi səbəbindən hazırda Füzuli rayonunun Horadiz şəhərinin ətrafında qamışlıq-bataqlıq ərazidə - İran İslam Respublikası ilə həmsərhəd zonada yanğın başlayıb.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən (FHN) XəzərNews.az-a verilən məlumata görə, yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən müvafiq tədbirlər görülür. Yanğının ətraf tikintilərə, həmçinin vətəndaşlarımızın həyatına hər hansı təhlükəsi yoxdur.

Bundan başqa, mənfur düşmənin artilleriya atəşi altında saxlaması səbəbindən Tərtər şəhərində təhlükəli və çıxılmaz vəziyyətdə qalan 2 nəfər FHN DYMX-nin yanğınsöndürən-xilasediciləri tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib.

Qeyd edək ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

Xəbər 4627 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +