Yenidən saxlanıldılar, bu dəfə isə…
Aparıcı Rövşanə TV-yə qayıdır -FOTO
7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib


06.07.2019  17:12 

Daha bir marşrut xəttinin avtobusları yeniləri ilə əvəzləndi





A+  A-

“Vətən.AZ-Trans” MMC tərəfindən ölkəyə yeni sərnişin avtobusları gətirilib.
Bakı Nəqliyyat Agentliyindən XəzərNews.az-a verilən məlumata görə, avtobuslar iyulun 7-dən 46 nömrəli müntəzəm marşrut üzrə istismara veriləcək. Qarşıdakı aylarda 46 saylı xətt üzrə gediş haqqı ödənişi nağdsız qaydada “BakıKart” vasitəsi ilə aparılacaq. Artıq bununla bağlı müvafiq işlər görülür.

“İsuzu Citibus” markalı avtobuslar "Avro 5" standartlarına cavab verməklə yanaşı, sərnişinlərə göstərilən xidmətin keyfiyyətinin artırılmasına imkan verir. Yeni avtobuslardan fiziki imkanları məhdud şəxslər, eləcə də uşaq arabası ilə olan sərnişinlər rahat istifadə edə biləcək. Bunun üçün avtobuslarda xüsusi mexanizm quraşdırılıb.

Onu da qeyd edək ki, avtobus parkının yenilənməsi işləri çərçivəsində ölkə başçısının müvafiq sərəncamına əsasən, paytaxta 300 nəqliyyat vasitəsi gətiriləcək. Avtobusların ilk hissəsinin avqust ayında gətirilməsi nəzərdə tutulub. Gətirilən avtobusların 20 ədədi 18 metrlik olacaq.

Xəbər 3312 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +