Bu ölkənin Prezidentindən Türkiyə ilə bağlı şok iddia...
60 min dollara boy uzatma elanları: Fəsadları nələrdir?
Hadrutun işğaldan azad olunduğu gündür
Məşhurlarla bağlı qərar verildi
Adnanın bu ölkədəki şirkəti ilə bağlı YENİ DETALLAR
Sözləri kimi yolları da yarımçıq: “Üzür”lə dolu Bakı -VİDEO
Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək


29.10.2017  14:49 

Sumqayıtda külli miqdarda silah-sursat aşkarlandı





A+  A-

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) oktyabrın 28-də Sumqayıt şəhərində keçirilmiş təcili təxirəsalınmaz əməliyyat barədə operativ məlumat yayıb.
ANAMA-dan XəzərNews.az-a verilən məlumata görə, oktyabrın 28-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Sumqayıt şəhərində silah-sursatın olması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə su kanalın kənarına baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 367 ədəd partlamamış hərbi sursat (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 350 ədəd 7.62 mm-lik patron və 15 ədəd 12 mm-lik patron), 1 ədəd AKM avtomatı, 2 ədəd Vinçestr Stinger markalı tüfəng, 1 ədəd TT markalı tapança və 1 ədəd kustar üsulla hazırlanmış silah aşkar edilib. Silahlar Sumqayıt şəhər polis şöbəsinə təhvil verilib, partlamamış hərbi sursatlar isə Agentliyin mütəxəsisləri tərfindən götürülərək mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunmuş silah-sursatın ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Xəbər 3302 dəfə oxunub.



09.10.2025  00:21 

Lənkəranda bıçaqlanma hadisəsi

09.10.2025  00:16 

Məşhurlarla bağlı qərar verildi

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +