Hərbi qulluqçumuz vəfat etdi -FOTO
Avtobus sürücüləri narazılıq edirlər -VİDEO
Rusiyada azərbaycanlılar 3 gündür ac-susuz saxlanılır - VİDEO
Ağalarovların aktivləri ilə bağlı QƏRAR verildi
Hansı institutlar birləşdirildi? - Qərar
Gömrükdən daxilolmalar niyə azalıb?
Kapitan general-mayorun 1 milyonunu necə ələ keçirdi?
Köçəryan və Sərkisyan niyə fəallaşıb? - Açıqlama
Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb? - VİDEO
Bu şirkət 12 milyondan çox itki ilə üzləşib


14.07.2017  13:08 

Mal-qara oğurlayanlar tutuldu





A+  A-

Sabirabad RPŞ-nin əməkdaşları fərdi təssərrüfatlardan ümumi dəyəri 25 min manatdan artıq olan olan iri-buynuzlu mal-qara oğurlayan şəxsləri saxlayıb.
XəzərNews.az xəbər verir ki, vətəndaşlara məxsus şəxsi təssərrüfatlardan iri və xırda buynuzlu mal-qara oğurlayan şəxslərə qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədi ilə daxili işlər orqanları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Belə ki, Sabirabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sərxanbəyli kənd sakini Xanəhməd Məmmədova məxsus yardımçı təsərrüfatdan 2 baş inək oğurlamaqda şübhəli bilinən Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş İlyas Bədəlov və onun dayısı oğlu Xocavənd rayon sakini, əvvəllər məhkum olunmuş Ramil Cəfərov tutulublar.

Saxlanılan şəxslərin ətraflarında əməliyyat tədbirləri davam etdirilən zaman onların Sabirabad və ətraf rayonların ərazilərində yerləşən 13 fərdi təssərrüfadan ümumi dəyəri 25 min manatdan artıq olan 20 iri buynuzlu mal-qara oğurladıqları məlum olub.

Qeyd edək ki, İ.Bədəlov və R.Cəfərov oğurladıqları mal-heyvanların bir qismini Bərdə rayonunda yerləşən bazarda sataraq əldə etdikləri pulu aralarında bölüblər. Heyvanların qalan hissəsi isə İ.Bədəlovun Bərdə rayonunda yerləşən evinin həyətindən aşkar edilərək zərərçəkənlərə qaytarılıb.

Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir

Xəbər 3027 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +