Bu ölkənin Prezidentindən Türkiyə ilə bağlı şok iddia...
60 min dollara boy uzatma elanları: Fəsadları nələrdir?
Hadrutun işğaldan azad olunduğu gündür
Məşhurlarla bağlı qərar verildi
Adnanın bu ölkədəki şirkəti ilə bağlı YENİ DETALLAR
Sözləri kimi yolları da yarımçıq: “Üzür”lə dolu Bakı -VİDEO
Prezident fərman imzaladı
Toral Bayramov “Şaxtyor”a gedir?
Azərbaycanda 2 vəkil fəaliyyətini dayandırdı
Rusiyadan bu ölkələrə təklif...- Təlim keçirək


24.07.2025  15:44 

Talıbovlara məxsus olmuş restorana “stop“ qoyuldu





A+  A-

"Nəqşicahan Holdinq LTD" Şirkətlər Qrupuna daxil olan və artıq ləğv edilən "Batabat Restorani" MMC ilə bağlı məhkəməyə müraciət edilib.

XəzərNews.az xəbər verir ki, Qaynarinfo-nun əldə etiyi məlumata görə, ərizəçi Naxçıvan Muxtar Respublikasının (MR) Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsidir.

Qurum ərizəsində qeyd edib ki, MMC-nin dövlət büdcəsinə ümumilikdə 14 772,68 manat borcu var. Borc ödənilmədiyinə görə idarə məhkəmədən şirkət rəhbərinə "stop" qoyulmasını xahiş edib.

Ərizəyə Naxçıvan MR Kommersiya Məhkəməsində hakim Elşən Salmanovun sədrliyi ilə baxılıb və təmin edilib.

"Batabar Restorani" MMC-nin daxil olduğu "Nəqşicahan Holdinq LTD" Şirkətlər Qrupunu Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbova məxsus olub. Təsadüfu deyil ki, şirkətin yarandığı ilk illərdə onun rəhbəri Vasif Talıbovun qardaşı oğlu Vüqar Talıbov olub.

Mediada gedən məlumatlarda şirkətə nəzarəti Vasif Talıbovun oğlu Seymur Talıbovun həyata keçirdiyi barədə iddialar da var.

Vasif Talıbov istefaya göndəriləndən sonra ona bağlı şirkətlərə də "əl gəzdirilib". Xeyli sayda şirkət, o cümlədən "Nəqşicahan Holdinq LTD" onun nəzarətindən çıxıb.

Bəzi şirkətlər ləğv edilib. "Batabat Restorani" MMC-nin ləğvi də bu prosesin tərkib hissəsi olub.

Vergi sistemində də MMC-nin ləğv edildiyi qeyd olunub.

Ehtimal olunur ki, restoranın dövlət büdcəsinə borcu Talıbovların dövründən qalıb.

Xəbər 747 dəfə oxunub.




09.10.2025  00:21 

Lənkəranda bıçaqlanma hadisəsi

09.10.2025  00:16 

Məşhurlarla bağlı qərar verildi

08.10.2025  17:05 

Prezident fərman imzaladı


BÜTÜN XƏBƏRLƏR +