Hərbi qulluqçumuz vəfat etdi -FOTO
Avtobus sürücüləri narazılıq edirlər -VİDEO
Rusiyada azərbaycanlılar 3 gündür ac-susuz saxlanılır - VİDEO
Ağalarovların aktivləri ilə bağlı QƏRAR verildi
Hansı institutlar birləşdirildi? - Qərar
Gömrükdən daxilolmalar niyə azalıb?
Kapitan general-mayorun 1 milyonunu necə ələ keçirdi?
Köçəryan və Sərkisyan niyə fəallaşıb? - Açıqlama
Aptekdə vətəndaşa vaxtı keçmiş vitamin satılıb? - VİDEO
Bu şirkət 12 milyondan çox itki ilə üzləşib


09.06.2025  18:32 

UFC gecəsinin əsas döyüşçüsü Bakıda - FOTO





A+  A-

Yarım ağır çəki dərəcəsində UFC-nin sabiq titul iddiaçısı Halil Rauntri iyunun 21-də Bakıda keçiriləcək UFC gecəsinin əsas döyüşündə iştirak etmək üçün Azərbaycana gəlib.

Xəzərnews.az Publika.az-a istinadən xəbər verir ki, bu gün idmançı Bakının tarixi hissəsi olan İçərişəhərdə gəzintiyə çıxıb.

Rauntri Şirvanşahlar sarayını ziyarət edib, Qız qalasına qalxıb, həmçinin Azərbaycan xalçaçılıq sənəti ilə tanış olub. O, hətta xalça toxuma prosesində də iştirak edib.

Bakıdakı UFC gecəsinin əsas qarşılaşması yarım ağır çəkidə keçmiş çempion Camal Hill ilə Xalil Rauntri arasında baş tutacaq. Həmin gecənin ikinci ən vacib döyüşü isə Azərbaycan təmsilçisi Rafael Fiziyev ilə Çilidən olan İqnacio Baxamondes arasında yüngül çəkidə keçiriləcək.

Turnirdə həmçinin Azərbaycan təmsilçiləri Nazim Sadıxov və Tofiq Musayev də oktaqona çıxacaqlar. Onların rəqibləri isə müvafiq olaraq, braziliyalı Nikolas Motta və qırğızıstanlı Mıqtıbek Orolbay olacaq.









Xəbər 3476 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +