7 noyabr qısaldılmış iş günüdür
Prezident jurnalistin çətin anlarını görüb və...-VİDEO
Viktor Orbanın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Kapital Bank məlumat sızması ilə bağlı faktı təsdiqlədi
Kamran Ağayev milli komandadan atıldı
Güclü zəlzələ olacaq? -Professor
Qriqoryan Sergey Kopırkini qəbul edib
Yanacaq daşıyan maşın aşaraq yandı
Türk Dövlətləri Təşkilatının bayrağı kosmosa göndəriləcək


23.01.2025  14:50 

Bakıda memarlıq abidəsinə müdaxilə olunub?





A+  A-

Bakıda memarlıq abidəsinə müdaxilə olunub.

Bu barədə XəzərNews.az-a Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Dövlət Xidmətinin Bakı Regional İdarəsi yanvarın 9-da Yasamal rayonu, Rostropoviçlər küçəsi, 19 ünvanında yerləşən 5 min 595 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinə müdaxilə faktı aşkarlayıb.

Məlumata görə, abidəyə baxış keçirən zaman qanunsuz söküntü işlərinin aparıldığı müəyyən edilib:

"Əraziyə dəvət olunan aidiyyəti dövlət orqanlarının əməkdaşları ilə birgə söküntü işləri dayandırılıb, qanunsuz müdaxilə hallarının aradan qaldırılması ilə bağlı xəbərdarlıq olunub".

Bildirilib ki, buna baxmayaraq yanvarın 19-da qanunsuz söküntü işlərinin yenidən təkrarlandığı aşkar edilib:

"Aşkarlanan fakt üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə birgə qanunsuz görülən işlər dayandırılıb. Abidənin əvvəlki vəziyyətinə qaytarılması üçün tədbirlər davam etdirilir".

Xəbər 4026 dəfə oxunub.



07.10.2025  10:30 

Arestoviç axtarışa verildi


BÜTÜN XƏBƏRLƏR +