“Azərsu” yerini tapmadığı mənzilə 955 manat borc yazıb
Azərbaycanlı mer namizədi oldu
Makron da Vaşinqton Sazişini alqışlayır
Paşinyan Sazişdən yazdı
Röyanın atası vəfat edib
FHN 2 otaqlı evi 63 min manata tikdirir
Vilayət Eyvazov Xaçmazda qəbul keçirəcək
Azərbaycanlı sahibkarları “çimdikləyə“ bilərik - Deputat
Paşinyan Putinlə danışdı
“Azercell” oğurluğa davam edir - Elmi işçi


13.11.2023  09:44 

Mir Şahin Prezidentə məktub yazdı





A+  A-

1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilən Real Təhlil İnformasiya Mərkəzinin Direktoru, tanınmış jurnalist Mir Şahin Ağayev Prezident İlham Əliyevə məktub yazıb.

Xəzərnews.az xəbər verir ki, məktubda aşağıdakılar bildirilir:

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımı bildirir, məni layiq bildiyiniz 1-ci Dərəcəli “Vətənə xidmətə görə” ordenini-həm də dövlətimizin bütün Azərbaycan jurnalistikasını yeni reallıqlar dövründə daha vüsətli çalışmağa, Böyük Qayıdış və Nəhəng Fədakarlıqlar üçün səfərbər olmağa, bu məqsədlə müəyyən etdiyiniz olduqca iti sürətlə ayaqlaşmağa çağırış tək qəbul edirəm.

Hörmətli cənab Prezident!

44 günlük Vətən Müharibəsində biz Sizi bir Müzəffər Ali Baş komandan kimi həm döyüş meydanında gedən proseslərin önündə, həm arxa cəbhədə idarə etdiyiniz fədakar işlərin başında, eləcə də xalqımıza, dünya azərbaycanlılarına etdiyiniz ardıcıl müraciətlər zamanı, bir sözlə hər yerdə və hər vaxt bütün qətiyyətiniz, bütün səmimiyyətinizlə, bütün əzəmətinizlə gördük. Biz Sizi həm də dünyanın - Azərbaycana, ədalətli haqq işimizə, ümumiyyətlə müsəlman dünyasına qarşı daha çox qərəzi ilə seçilən aparıcı media vasitələrinin suallarına cavab verərkən necə güzəştsiz, prinsipial, ədalətli, bir sözlə- Mükəmməl olduğunuza şahidlik etdik. Və bu gün fəaliyyətimə yüksək qiymət verən Liderimin məhz bu master-klaslar da daxil olmaqla bütün örnək keyfiyyətlərini, parlaq şəxsi nümunəsini, mütləq qeyd etməliyəm.

Hörmətli Cənab Prezident!

Təvazökar işimə verdiyiniz Ali Qiyməti mən bundan sonrakı fəaliyyətim üçün də möhkəm zəmin və misilsiz stimul kimi qəbul edir, təşəkkür məktubumu Müzəffər Ali Baş Komandanımıza raportla bitirirəm:

-Azərbaycan Respublikasına xidmət edirəm. Sağ olun!

Mir Şahin Ağayev
Real Təhlil İnformasiya Mərkəzinin Direktoru


Xəbər 2884 dəfə oxunub.




11.08.2025  18:14 

Azərbaycanlı mer namizədi oldu

11.08.2025  18:02 

Paşinyan Sazişdən yazdı

11.08.2025  17:09 

Röyanın atası vəfat edib

11.08.2025  15:10 

Paşinyan Putinlə danışdı

11.08.2025  14:23 

Vahan Kostanyan Tehrana gedir

11.08.2025  14:22 

Qusarda iki nəfər baltalandı

11.08.2025  12:31 

Məktəbli formaları UCUZLAŞDI


BÜTÜN XƏBƏRLƏR +