Belarus diplomatı Moldovadan çıxarılıb
Hindistanlı milyarderə qarşı sanksiya tələb olundu
“Yeni Klinika“da da yoxlamalar başladı
Aygün Kazımova tanınmış müğənnini pərt etdi
Yol Polisi sürücülərə müraciət etdi
NATO Rusiyaya qarşı... - Siyasi vəziyyəti dəyişir
Dönərin içindən şüşə qırıntısı çıxdı - “Bir-İki dönər“də
Kəlbəcərdə “Mercedes“ dərəyə aşdı
Putin Trampı imicinə zərbə vurur - Politoloq
16 yaşlı qıza təcavüz edənlər saxlanıldı


31.10.2021  16:22 

Ərdoğan Bayden görüşündə nələr müzakirə olundu?





A+  A-

ABŞ Prezidenti Co Bayden və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bugünkü görüşündə Cənubi Qafqazdakı vəziyyətə də toxunulub.

XezerNews.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda deyilir.


Bildirilib ki, Bayden və Ərdoğan arasında keçirilən görüşdə Cənubi Qafqazda diplomatik səylər müzakirə olunub.

Bu arada Ağ Ev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ lideri Co Baydenin görüşünü dəyərləndirib.

Açıqlamada Baydenin Türkiyə ilə konstruktiv danışıqların davam etdirilməsi, əməkdaşlıq sahələrinin genişləndirilməsi və anlaşılmazlıqların təsirli bir şəkildə idarə olunması arzusunu dilə gətirdiyi bildirilib.

Qeyd olunub ki, Bayden Türkiyənin Əfqanıstandakı NATO missiyasına təxminən 20 il dəstək göstərməsini təqdir etdiyini deyib.

Liderlərin görüşündə Suriyadakı siyasi proses, Əfqanıstanda ehtiyacı olanlara humanitar yardımın çatdırılması, Liviyadakı seçkilər, Şərqi Aralıq dənizindəki vəziyyət və Qafqazın cənubundakı diplomatik səylərin gündəmə gəldiyi qeyd edilib.

Baydenin iki ölkə arasında müdafiə əməkdaşlığı və Türkiyənin NATO üzvü olaraq önəmini qeyd etdiyi bildirilib.



Xəbər 2997 dəfə oxunub.



10.09.2025  10:33 

Bu, müharibə aktıdır - Co Vilson

09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +