AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze
Ukraynanı işğal etməklərinə imkan verməyəcəyik -Zelenski
Bu ölkənin səfiri Finlanlandiya XİN-ə çağırıldı
Məşhur mağaza Azərbaycandakı filiallarını bağlayır - FOTOLAR


08.07.2021  16:03 

“Koronavirusun yeni ştammları vaksinlərə qalib gəlir” - ÜST





A+  A-

“Koronavirus ştammları hazırda vaksinlərin istehsalında və paylanmasında mövcud olan qeyri-bərabərlik səbəbindən onlara qalib gəlir. Bu isə həmçinin qlobal iqtisadi dirçəlişə də təhlükə yaradır.”
XəzərNews.az Ümumdünya Səhiyyə Təşkilatının rəsmi saytına istinadən xəbər verir ki, bunu ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus iyulun 7-də baş tutan brifinqdə deyib.

Onun sözlərinə görə, dünyada COVID-19-un qurbanlarının sayı rəsmi olaraq 4 milyonu ötüb. Lakin həqiqətdə koronavirus səbəbindən ölənlərin sayı daha çox ola bilər.

“Əhalisini peyvənd etməyə nail olan bəzi ölkələr artıq məhdudiyyətləri ləğv edib. Sanki pandemiya artıq başa çatıb. Lakin immun qazanma templərində müşahidə edilən ağılasığmaz qeyri-bərabərlik və yeni ştammların yaranması səbəbindən digər ölkələrdə kəskin artımlar baş verir”, - deyə ÜST rəhbəri öz narahatlığını ifadə edib.

Qebreyesus, həmçinin Latın Amerikası, Asiya və Afrikada “ölüm dalğası”na səbəb olacaq kəskin oksigen və dərman çatışmazlığından da danışıb. O, bəşəriyyəti bir olmağa və koronavirus pandemiyasına qarşı birgə səylərlə mübarizə aparmağa çağırıb.

ÜST rəhbəri, həmçinin G20 ölkələrini pandemiyanı dayandırmaq üçün təcili tədbirlər görməyə səsləyib.

Xəbər 3741 dəfə oxunub.




12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları

12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +