XİN Dohaya hücuma dair açıqlama yaydı
Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi


07.04.2021  16:58 

Türkiyədə hərbi təyyarə qəzaya düşdü





A+  A-

Türkiyədə Hərbi Hava Qüvvələrinə məxsus “NF-5” təyyarəsi qəzaya düşüb.
XəzərNews.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qəzanın təlim uçuşu zamanı baş verdiyi bildirilib. Qəza nəticəsində təyyarəni idarə edən pilot şəhid olub.

“Konyada təlim uçuşu zamanı qəzaya uğrayan Hava Qüvvələrimizin “NF-5” təyyarəsinin pilotu şəhid oldu. Qəhrəman pilotumuza Allahdan rəhmət, kədərli ailəsinə, Türk Silahlı Qüvvələrinə və Böyük Türk Millətinə başsağlığı və səbr diləyirik”,- deyə nazirliyin tvitter hesabında bildirilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəza ilə bağlı tvitter hesabındakı paylaşımında qeyd edib: “Konyadakı bir nümayiş təyyarəsinin təlim uçuşu əsnasında qəzaya düşdüyünü və pilotumuzun şəhid olduğunu çox böyük təəssüflə öyrəndim. Allahdan şəhidimizə rəhmət diləyir, ailəsinə, yaxınlarına, Türkiyə Silahlı Qüvvələrinə və millətinə başsağlığı diləyirəm”.

Xəbər 3416 dəfə oxunub.




09.09.2025  20:27 

Leysan yağacaq, şimşək çaxacaq

09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +