“ADY Əmlak“ MMC-nin direktoru vəzifəsindən azad edilib
Texniki baxışla bağlı yeni qərar
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Azərbaycanda təhsil jurnalistikasına ehtiyac artır - Ekspert
Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu


13.01.2021  09:28 

Teleqramın aktiv istifadəçi auditoriyası 500 milyonu keçdi





A+  A-

Yanvar ayının ilk həftəsində Teleqramın auditoriyası aylıq 500 milyon aktiv istifadəçini keçib.
XəzərNews.az xəbər verir ki, bu barədə sosial şəbəkənin qurucusu Pavel Durov öz Telegram kanalında açıqlama verib. Onun sözlərinə görə, son üç gün ərzində mesajlaşma xidmətinə 25 milyon insan qoşulub. Onların 38% -i Asiyadan, 27% -i Avropadan, 21% -i Latın Amerikası və 8% -i isə Yaxın Şərq və Şimali Afrikadandır.

Durov istifadəçi sayındakı artımın keçən ilə nisbətən əhəmiyyətli dərəcədə sürətləndiyini qeyd edib: “İnsanlar artıq şəxsi məlumatlarını pulsuz xidmətlər əvəzində dəyişdirmək istəmirlər. Teleqram gizlilik və təhlükəsizliyə önəm verən rabitə platforması axtaranlar üçün ən böyük sığınacağa çevrilib”.

Analitik şirkət “Sensor Tower”a görə, Teleqram 2021-ci il yanvarın 6-dan 10-dək 9 milyon dəfə yüklənib. Bu, bir həftə əvvələ nisbətən 91 % çoxdur. İstifadəçilərin artmasının Votsapın məxfilik siyasətindəki dəyişikliklə əlaqədar olduğu güman edilir.

Xatırladaq ki, fevral ayından etibarən, Aİ və İngiltərə sakinləri xaricində Votsap quraşdıran hər kəs üçün yeni məxfilik qaydaları qüvvəyə minəcək. Yeni qaydaya görə, istifadəçi məlumatları, xüsusən telefon nömrələri, əməliyyatlar və IP ünvanları Feysbuka ötürüləcək.



Xəbər 3479 dəfə oxunub.



11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +