“Habertürk” və “Show TV”yə həbs qoyuldu
“Barama“ bağçasında azyaşlı zorakılığa məruz qaldı
20 yaşlı ana doğuş zamanı öldü
Polşanın daxili işlər naziri Belarusla sərhədi bağladı
Tulada müdafiə zavoduna hücum oldu
Formula 1: Bakıda bu yollar bağlanacaq
Direktor müavini kanala düşərək ölüb
Azərbaycanlı Almaniyada saxlanıldı
İmkanı olmayanlar təyyarə biletlərini necə ödəsin?
“BakuBus”un avtobusları yolda ötüşürmüş?


03.09.2025  17:32 

Generalın oğlu İngiltərədə şirkət açdı - Foto





A+  A-

Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi general-mayor Rüfət Fərhadovun oğlu Fərid Fərhadzadə İngiltərədə alüminium şirkəti açıb.

XəzərNews.az xəbər verir ki, bunu Almaniyada yaşayan jurnalist Cavanşir Həsənli sosial şəbəkə hesabında yazıb.

Fərid Fərhadzadə bu ilin martında ad gününə özəl olaraq Londonda ALUFAR UK LIMITED şirkətini qeydiyyatdan keçirib. Sənədlərə görə şirkətin direktoru Vüqar Axundov adlı şəxsdir, benefissiarı isə Fərid Fərhadzadədir.

O, yeni şirkətini Londonda İsrail vətəndaşı kimi təsis edib.

Şirkətə 25120 fəaliyyət kodu– metal qapı və pəncərə istehsalı lisenziyası verilib. Bu sahə əsasən müxtəlif növ metal materiallardan (məsələn, alüminium, polad, dəmir və s.) qapı, pəncərə və onların çərçivələrinin istehsalı ilə məşğul olan müəssisələri əhatə edir.

Fərid Fərhadzadə "AzərEnerji"nin prezidenti Baba Rzayevin kürəkənidir.

Xəbər 2734 dəfə oxunub.



10.09.2025  10:33 

Bu, müharibə aktıdır - Co Vilson


BÜTÜN XƏBƏRLƏR +