Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq
Bu küçə tamamilə piyadalar üçün olacaq
“Yango“ ilə yemək sifarişi baha başa gəldi
Azərbaycan kimdən təhlükə gözləyir?
Bu nəticələr adamı dəhşətə gətirir - Sabiq deputat
Kremldə əsl ağa kimdir: Putin yoxsa Lavrov?
Prezident Aparatında müharibə iştirakçıları çalışacaq
Qazilər ləkələnir... - Ramiz Mehdiyevin izi görünür
“Allah sülh, İran isə müharibə deyir” - Politoloq
“İçərişəhər”də yaşayanlar avtomobillərini saxlamağa yer tapmırlar


25.12.2023  14:44 

Qızlar məktəblərə qısa geyimdə gedir, şəhvət doğururlar...





A+  A-

“Təəssüf ki, qızlar universitetlərə və məktəblərə qısa geyimdə gedir, şəhvət doğuracaq, bayağı geyimlər geyinirlər. Bu, çox ciddi məsələdir. Universitet rəhbərləri də buna icazə verirlər. Həmin universitet rəhbərlərini qınayıram. Əlimdə imkan olsaydı, onları bir gün də vəzifədə saxlamazdım".

Xəzərnews.az Pravda-ya istinadla xəbər verir ki, Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

O əlavə edib: "Bilirsiniz ki, mən həmişə abır-həyanın qorunmasının tərəfdarı olmuşam. Təhsil müəssisəsi eyni zamanda təlim-tərbiyə yeridir. Belə tərbiyə vermək olarmı? Bəzən valideynlər barışırlar ki, hamı belədir, yaxud bəzilərinin heç xəbərləri olmur ki, uşaqları evdən çıxandan sonra gedib paltarlarını dəyişirlər”.

T.Kərimli qeyd edib: “Hətta müsəlman olmayan xarici dövlətlərdə belə universitetlərin xüsusi geyimləri var, təhsildən yayındıran, insanı pis, şeytani yollara salan bu cür paltarlar geyinilməsinə icazə vermirlər. Bu qaydalar təkcə universitetlərdə yaradılmamalıdır. Ən azından, Elm və Təhsil Nazirliyi direktiv göstəriş verməli, qərar qəbul etməlidir ki, şagirdlər, tələbələr məktəblərə və universitetlərə abır-həya gözlənilən paltarda gəlsinlər. Görünür, artıq başqa üsul qalmır. Çünki televiziya və sosial şəbəkələrin maarifçiliyi təbliğ etmədiyi, əksinə əxlaqsızlıq yaydığı bir dövrdə başqa yol yoxdur. Gərək, bu işə dövlət, hökumət özü əl qoysun”.

Xəbər 5959 dəfə oxunub.




22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq

21.08.2025  21:52 

Bu yolda sürət həddi endirildi

21.08.2025  16:13 

“Qəbələ“ FK cərimələndi


BÜTÜN XƏBƏRLƏR +