Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


30.11.2022  11:30 

Rusiya Müdafiə Nazirliyi Şuşa ilə bağlı məlumat yaydı





A+  A-

Rusiya Müdafiə Nazirliyi Azərbaycan hərbçilərinin Şuşa rayonu ərazisində atəş açaraq iki erməni əsgərini yaraladıqları barədə məlumat yayıb.

XəzərNews.az xəbər verir ki, RF MN iddia edir ki, hazırda insident Rusiya sülhməramlı kontingentinin komandanlığı tərəfindən Azərbaycan tərəfi ilə birgə araşdırılır.

Azərbaycan Müdafiə Nazirliyi hələ ki, Şuşa insidentinə hər hansı bir münasibət bildirməyib.

Qeyd edək ki, noyabrın 29-u saat 18:25-dən noyabrın 30-u saat 00:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Aşağı Şorca, Gorus rayonunun Xəzinəvar və Burun yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə, Laçın rayonunun Hacılar yaşayış məntəqələri və Qaragöl istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyi xəbər verir ki, noyabrın 29-u saat 18:10-da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.


Hacı
XəzərNews.az


Xəbər 2413 dəfə oxunub.



22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +