Bakıda oğul anasının qətlində şübhəli bilinir
Ebru Gündeşin əri Murat Özdemir saxlanılıb
PTX mayoru Erkin Ələkbərov vəfat edib
İcmadan istefa verdi
Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq


18.10.2020  18:12 

“Azərbaycan bu haqlı mübarizəsində qalib olacaq” - Ərdoğan





A+  A-

“Sizə qarşı ayrı-seçkilik edilirsə, cinayətkarın bunq görə hesab verməsini istəmək mənim borcumdur”.
XəzərNews.az “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şırnak vilayətində keçirilən konqresdəki çıxışında deyib. O qeyd edib ki, dünya Azərbaycanın yanında deyil.

“Atəşkəs elan edildi, amma Ermənistan yenidən atəşkəsi pozdu. Minsk qrupu Ermənistanın tərəfini tutur. Kimdir Minsk Qrupu həmsədrləri? Rusiya, Fransa, Amerika. Bunlar Ermənistana hər cür silah dəstəyi verirlərmi? Əlbəttə, verirlər. Azərbaycanlı qardaşlarımız çox ciddi mübarizə aparırlar. Azərbaycan işğal olunmuş ərazilərini işğalçılardan təmizləmək üçün bu mübarizəni davam etdirəcək.

Azərbaycanlı qardaşlarımız Ermənistana qarşı çox ciddi mübarizədədir. Biz niyə Azərbaycanda varıq, niyə qardaşlarımızın yanındayıq? Çünki biz haqqın və haqlının yanındayıq. Zülm harda varsa, ona qarşıyıq. 30 ildir ABŞ, Rusiya, Fransa bu müzakirəni bitirib qardaşlarımızın torpaqlarını geri almasına imkan yaratmadılar. İndi Azərbaycan işğalda olan öz torpaqlarını azad edir, bundan təbii nə ola bilər? Allah yar və yardımçıları olsun! İnanırıq ki, onlar bu haqlı mübarizələrində qalib olacaqlar və bunu sidq-ürəklə diləyirik!” ,- deyə Ərdoğan bildirib.

Xəbər 3858 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.08.2025  18:01 

İcmadan istefa verdi

22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +