“Qarabağ“ın gəncləri “Benfika“ya uduzdu
Prezidentlər Şuşa qalası önündə foto çəkdiriblər
Əməliyyatdan sonra qadın iflic oldu
Qızına qarşı cinsi zorakılıq edən şəxs 13 il iş aldı
ABŞ: “Müharibə 90 günə bitə bilər”
Tanınmış şairin səhhəti pisləşib
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqlayıb
Vəzifəli şəxslərin həbsi tələb edildi - Azərbaycanda
Azərbaycanda faktiki hava açıqlanıb
İranın İslami strukturlarla münasibətlərində gərginlik – Açıqlama


28.08.2025  11:20 

Azərbaycan Şanxay Təşkilatına üzv olacaq?





A+  A-

Çinin Tyanjin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 25-ci iclası keçiriləcək.

Avqustun 31-dən sentyabrın 1-dək keçiriləcək sammit təşkilatın indiyədək ən böyük toplantısı hesab olunur.

Sammitə 26 ölkənin lideri və 10 beynəlxalq təşkilatın rəhbəri dəvət edilib. Rəsmi açıqlamalara görə, sammitdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Məsud Pezeşkian, Hindistan Baş naziri Narendra Modi, eləcə də İran, Pakistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanın dövlət başçıları iştirak edəcəklər. Bundan başqa, Belarus ilk dəfə üzv dövlət kimi masada yer alacaq.

Toplantının əsas mövzusu ŞƏT-in növbəti 10 il üçün inkişaf strategiyasının təsdiqi olacaq. Liderlər təhlükəsizlik, iqtisadi əməkdaşlıq, rəqəmsal texnologiyalar, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın gücləndirilməsini müzakirə edəcəklər. Çin sammit çərçivəsində yeni təşəbbüslər elan etməyi planlaşdırır.

XəzərNews.az xəbər verir ki, modern.az-ın məlumatına görə, sammit ərəfəsində Azərbaycanın ŞƏT-ə üzvlük məsələsi yenidən gündəmə gəlib.

Ötən gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, həm İrəvan, həm də Bakı artıq təşkilata tamhüquqlu üzvlük üçün müraciət edib. Onun sözlərinə görə, hər iki ölkə ərizəsini təqdim edib və sammitə dəvət olunaraq iştirak edəcək. “Biz müraciətimizi təqdim etdik, Azərbaycan da müraciətini təqdim etdi. Hesab edirik ki, həm Ermənistan, həm də Azərbaycan bu təşkilatın üzvü ola bilər və olmalıdır”, – Mirzoyan qeyd edib.

Hazırda Azərbaycan ŞƏT-də dialoq üzrə tərəfdaş statusuna malikdir. 2024-cü ildə Bakı bu statusun müşahidəçi ölkəyə dəyişdirilməsi ilə bağlı müraciət etmişdi.

2001-ci ildə Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan tərəfindən təsis olunan ŞƏT son illərdə sürətlə genişlənib. 2017-ci ildə Hindistan və Pakistan, 2023-cü ildə İran, 2024-cü ildə isə Belarus təşkilata üzv qəbul olunub. Bu gün ŞƏT Avrasiyada siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığını özündə birləşdirən böyük regional blok hesab olunur.

Azərbaycan üçün təşkilata üzvlük bir sıra üstünlüklər vəd edir. İlk növbədə, regional təhlükəsizlik sahəsində daha sıx əməkdaşlıq imkanları yaranacaq. Eyni zamanda, Çin, Rusiya, Hindistan və Orta Asiya ölkələri ilə iqtisadi əlaqələrin genişlənməsi gözlənilir. Zəngəzur dəhlizi və Orta Dəhliz kimi layihələr də ŞƏT platformasında əlavə dəstək qazana bilər. Bununla yanaşı, Azərbaycanın Qərb və Avrasiya məkanında balanslaşdırılmış siyasəti güclənəcək, Ermənistanla eyni təşkilatda yer alması isə gələcək dialoq üçün yeni imkanlar aça bilər.

Xəbər 1962 dəfə oxunub.




16.09.2025  10:29 

Bakıda intihara cəhd olub

15.09.2025  17:30 

“Vüsal 300“ həbs EDİLDİ

15.09.2025  16:09 

Nanənin verilişi bağlandı


BÜTÜN XƏBƏRLƏR +