Nəqliyyatda tələbələrə güzəşt edilsin - Deputat
Amerika səfirliyində yarım milyonluq yeyinti...
“Qarabağ” nə qədər qazanacaq?
“Caspian International Hospital”ın 25 milyon manat vergi borcu var
Sabiq səfirin qızı işdən niyə çıxarılıb?
Paşinyan: Bəli, Azərbaycanla sülh yaranıb...
Ermənistan Aİİ-dan çıxa bilər - Paşinyan
Ukraynaya PUA-sı Putinin sarayının yaxınlığına düşüb
Kiyevə hücum: Ölənlərin sayı 15-ə çatıb
Avtobuslarda gedişhaqqı 1 manat olacaq?


05.01.2024  15:19 

Prezident pravoslav xristian icmasını təbrik edib





A+  A-

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasına təbrik məktubu göndərib.

Xəzərnews.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli həmvətənlər!

Milad bayramı münasibətilə Azərbaycanın bütün xristian icmasını ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Zəngin tolerantlıq ənənələri ilə tanınan Azərbaycanda ayrı-ayrı xalqların və dinlərin mənsubları yüz illərdir ki, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar. Biz cəmiyyətimizin üstün keyfiyyətlərindən olan etnik-dini müxtəlifliyi dövlətçiliyimizin misilsiz nailiyyəti kimi qiymətləndirir, ölkəmizdə hökm sürən demokratik birgəyaşayış mühitinin qorunub saxlanılmasını, humanizm və dözümlülük prinsiplərinə əsaslanan mütərəqqi ictimai dəyərlərin təbliği və təşviqini dövlət siyasətimizin prioritet istiqamətlərindən biri hesab edirik.

Təqdirəlayiq haldır ki, xristian həmvətənlərimiz nümunəvi dövlət-din münasibətlərinin yaratdığı geniş imkanlardan yararlanaraq özünəməxsus adət-ənənələri, dil və mədəniyyəti yaşadır, ölkəmizdə həyata keçirilən böyük quruculuq işlərində, ictimai-siyasi həyatımızın bütün sahələrində digər etiqadların nümayəndələri ilə birlikdə yaxından iştirak edirlər.

Əziz həmvətənlər!

Milad bayramı yeniliyi, paklığı, mərhəmət və xeyirxahlıq kimi ülvi hissləri özündə təcəssüm etdirir. Bu əziz gün münasibətilə bir daha hamınıza bayram təbriklərimi yetirir, ailələrinizə səadət, süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!".

Xəbər 6606 dəfə oxunub.



28.08.2025  16:06 

“Simferopol” gəmisi vuruldu

28.08.2025  13:16 

Prezident fərman imzaladı

28.08.2025  10:57 

Hava limanından 10 minlik oğurluq

27.08.2025  17:14 

iPhone 17 belə olacaq - Foto


BÜTÜN XƏBƏRLƏR +