“ADY Əmlak“ MMC-nin direktoru vəzifəsindən azad edilib
Texniki baxışla bağlı yeni qərar
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Azərbaycanda təhsil jurnalistikasına ehtiyac artır - Ekspert
Əsgərin ölümünə görə həbs edilən zabitlər azadlığa buraxıldılar
Sabahın hava proqnozu açıqlanıb
Tarixi hamamdan qanunsuz istifadənin qarşısı alınıb
“Formula 1”ə görə bəzi məktəblərdə tədris onlayn olacaq
Netanyahu məsuliyyətə cəlb olunsun - Əl Tani
“Habertürk” və “Show TV”yə həbs qoyuldu


21.03.2018  16:38 

Bayram şənliyində bədbəxt hadisə





A+  A-

İsmayıllı rayon sakini kustar üsulla hazırlanan tüfəngin partlaması nəticəsində ağır xəsarət alıb.
XəzərNews.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə ötən gecə Lahıc qəsəbəsində keçirilən bayram şənliyi zamanı qeydə alınıb.

Rayonun Ərəgit kənd sakini, 1988-ci il təvəllüdlü Tağıyev Tərlan Məmməd oğlu Lahıc qəsəbəsində bayram tədbiri zamanı kustar üsulla hazırladığı “Dayandoldurum” adlandırılan ov tüfənginə barıt və qırmanı dolduraraq havaya atəş açmaq istəyərkən ehtiyatsızlıq edib və tüfəng onun əlində partlayıb.

Qaynaq yerindən partlayan tüfəng Tərlan Tağıyevin əl və üz nahiyəsindən ağır xəsarət almasına səbəb olub. O, təcili tibbi yardım stansiyasının avtomobili ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəbər 3131 dəfə oxunub.



11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +