Məcburi köçkün 30 il yaşadığı evi yararsız hala saldı
Valideynlərini itirən qız 15 yaşında ana oldu
Hacıqabulda 33 yaşlı kişi 10 yaşlı qıza təcavüz edib
Polşa Belarusla sərhədi bağlayacaq
Ukrayna Rusiyanın əsas neft kəmərini vurub
Nepal Prezidenti istefa verdi
Xankəndidə “Range Rover” qalmaqalı
Manaf Ağayevin oğluna vəzifə verildi
Səfərovlar və Şıxlinskini tora kim salıb? - FSB izi
Polşa Azərbaycan U-19 millisini məğlub etdi


15.04.2021  08:46 

Daha bir ölkə Əfqanıstandan hərbi kontingentini çıxaracaq





A+  A-

Bolqarıstan ABŞ administrasiyası və NATO-dakı müttəfiqlərinin analoji qərarından sonra Əfqanıstandan hərbi kontingentini çıxaracaq.
XəzərNews.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Boyko Borisov Baş nazirin müavini və müdafiə naziri Krasimir Karakaçanov və Baş nazirin müavini və xarici işlər naziri Yekaterina Zaxariyeva ilə məsələnin müzakirəsi yekununda bildirib.

“Bu gün biz ilkin müzakirə apardıq, yaxın vaxtlarda növbədənkənar [hökumət] iclasını keçirəcəyik və öz kontingentimizi Əfqanıstandan çıxaracağıq”, - “Darik Radio” Borisovun sözlərini sitat gətirir.

Qeyd edək ki, hazırda Əfqanıstanda 120 bolqar hərbçisi var.

Daha əvvəl Gürcüstanın Baş naziri İrakli Qaribaşvili NATO-dan sonra Gürcüstan hökumətinin də alyansla razılaşdırılmış qrafikə uyğun olaraq bütün hərbi kontingentini Əfqanıstandan çıxaracağını bildirmişdi.

Xəbər 3553 dəfə oxunub.




09.09.2025  16:21 

Nepal Prezidenti istefa verdi


BÜTÜN XƏBƏRLƏR +