“Qarabağ“ın gəncləri “Benfika“ya uduzdu
Prezidentlər Şuşa qalası önündə foto çəkdiriblər
Əməliyyatdan sonra qadın iflic oldu
Qızına qarşı cinsi zorakılıq edən şəxs 13 il iş aldı
ABŞ: “Müharibə 90 günə bitə bilər”
Tanınmış şairin səhhəti pisləşib
Zelenski Putinlə görüşməyə hazır olduğunu açıqlayıb
Vəzifəli şəxslərin həbsi tələb edildi - Azərbaycanda
Azərbaycanda faktiki hava açıqlanıb
İranın İslami strukturlarla münasibətlərində gərginlik – Açıqlama


21.10.2018  12:51 

ABŞ indi də SSRİ ilə imzalanmış nüvə sazişindən çıxır





A+  A-

ABŞ 8 mayda İranla imzalanmış nüvə sazişində çıxmasından sonra, 1987-ci ildə keçmiş SSRİ ilə imzalanmış “Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması”ndan da imtina etməyə hazırlaşır.
XəzərNews.az Sputnik-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp “Fox News”a açıqlamasında bildirib.

O, Rusiyanın bu sazişə əməl etmədiyini əsas gətirərək sazişdən çıxacaqlarını söyləyib.

“Barak Obamanın (ABŞ-ın sabiq prezidenti - red) bu məsələni niyə müzakirə etmədiyini və müqavilədən çıxmadığını başa düşə bilmirəm. Müqavilədən çıxacağıq. Çünki bu silahları daha da təkmilləşdirməyimiz lazımdır”.

Rusiya tərəfindən verilən ilk reaksiyada isə bu açıqlama “Çox təhlükəli addım” dəyərləndirilib.

Qeyd edək ki, 1987-ci ildə Nevada ştatında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi Mixail Qorbaçov və ABŞ prezidenti Ronald Reyqan arasında imzalanmış sazişdə Rusiya və ABŞ-ın mənzili 300-3400 mil aralığında olan raket alması, istehsal etməsi və ya sınaqdan keçirməsi qadağan edilib.

Xəbər 3122 dəfə oxunub.




16.09.2025  10:29 

Bakıda intihara cəhd olub

15.09.2025  17:30 

“Vüsal 300“ həbs EDİLDİ

15.09.2025  16:09 

Nanənin verilişi bağlandı


BÜTÜN XƏBƏRLƏR +