Zaxarova: “Moskva Bakıdan cavab gözləyir”
Ana 1 yaşlı övladını yerə çırparaq öldürüb
Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb
Bakıda iki yeniyetmə küçədə gecələyirmiş
“DeFacto” Azərbaycandakı filiallarını bağlayır
Çörəyin içindən yad cisim çıxdı
Vladimir Solovyova qarşı sui-qəsd planı ifşa edildi!
Metroda əlavə ödəniş üsulları tətbiq edilə bilər
Ağac aşdı, qadın altında qaldı - Bakıda
Sabahın havası: Yağış, külək


28.04.2022  11:05 

“TikTok” çəkmək üçün metronun tunelinə düşdülər - Bakıda





A+  A-

Ötən gün metronun “20 Yanvar” stansiyasında platformadan relslərin üzərinə tullanaraq tunel istiqamətinə qaçan qızlar sərbəst buraxılıb.

XəzərNews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan qızların iki bacı olduğu müəyyən edilib. İlkin araşdırmalar zamanı bəlli olub ki, qızlar tuneldə "TikTok" sosial şəbəkəsində paylaşmaq üçün video çəkməyi planlaşdırıblar. Belə ki, onlar qatarın yaxınlaşdığı anda qaça-qaça video çəkərək həmin görüntüləri səhifələrində yerləşdirməyi düşünüblər. Lakin qızlar tunel istiqamətinə qaçan kimi dərhal saxlanılıblar və Bakı Metropolitenində Polis İdarəsinə aparılıblar.

İdarədə qızların şəxsiyyəti müəyyən edilib. Məlum olub ki, onlar Sumqayıtda yaşayırlar və ataları Türkiyə vətəndaşı İ.K-dır. Qızların valideyni idarəyə dəvət edilib, daha sonra onların izahatları alınaraq sərbəst buraxılıblar.

Qeyd edək ki, hadisə zamanı dərhal “20 Yanvar-İnşaatçılar” mənzilindən yüksək gərginlik çıxarılıb. Stansiya növbətçisi və polis əməkdaşının səyi nəticəsində hər iki sərnişin yaxalanıb və təhlükəsiz şəraitdə müşayiətlə “20 Yanvar” stansiyasına çıxarılıb. Qatarların hərəkəti bərpa olunub. Bu hadisə səbəbindən xətlərdə ümumən 6 dəqiqə yubanma yaranıb.

Xəbər 3352 dəfə oxunub.



12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +