Mobil operatorlar 8 ayda 825 milyon manat qazanıb
Putinin reytinqi 82 faizə yüksəlib - SORĞU
Əhalinin sayı açıqlandı - Azərbaycanda
TƏBİB və İTSDA-dakı yoxlamalar təsdiqləndi - Açıqlama
Kiyevdə ana və qızının meyiti tapılıb
Rubl çökür, Pesakov isə “vəziyyət sabitdir” deyir
Qurban Qurbanov “Qoçət”in sahibi ilə qohum olub
Texniki baxışla bağlı yeni qərar
Şəmkirdə bir ayın əsgəri həyatını itirdi
Azərbaycanda təhsil jurnalistikasına ehtiyac artır - Ekspert


17.08.2021  13:54 

Saxta COVİD-19 pasportu verən vəzifəli şəxslərə cinayət işi açıldı





A+  A-

Bakı şəhəri, Sabunçu rayonu, 11 saylı şəhər poliklinikasında qanunsuz olaraq “COVİD-19” pasportunun verilməsi barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş material üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.
Baş Prokurorluqdan XəzərNews.az-a verilən məlumata görə, araşdırma ilə qeyd olunan poliklinikanın əməkdaşları tərəfindən müxtəlif məbləğlərdə pul müqabilində ayrı-ayrı şəxslərə vaksin vurulmadığı halda saxta “COVİD-19” pasportunun verilməsinə əsaslı şübhələr müəyyən edildiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş İdarənin İstintaq idarəsinə tapşırılıb.

Hazırda yuxarıda göstərilən cinayət əməllərinin törədilməsində hər hansı formada iştirak etmiş şəxslərin müəyyən edilməsi məqsədilə intensiv istintaq hərəkətləri davam etdirilir.

Baş Prokurorluq bir daha vətəndaşlara müraciət edərək COVİD-19 pandemiyası ilə mübarizədə ən effektiv və səmərəli tədbirlərdən olan vaksinasiyadan keçməyi tövsiyə edir. Həmçinin, bu kimi hallarla rastlaşan şəxslərin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin "161 - Qaynar xətt" əlaqə mərkəzinə məlumat vermələri xahiş olunur.

Xəbər 4605 dəfə oxunub.




11.09.2025  12:47 

Sabahın hava proqnozu açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +