Tanınmış həkim Sankt-Peterburqda boğulub
Bakının bu qəsəbəsində meyxanaya pis baxılır? - VİDEO
Geri çağırılan səfirin katibəsindən uşağı var - Foto
AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze


24.04.2021  11:23 

Kiyev Zelenskinin Moskvaya səfərini mümkünsüz hesab edir





A+  A-

“Ukrayna Prezidenti Vladimir Zelenskinin rusiyalı həmkarı Vladimir Putinlə Moskva görüşü qeyri-mümkündür”.
XəzərNews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini, Donbassdakı üçtərəfli təmas qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbərinin müavini Aleksey Reznikov “Savik Şusterin söz azadlığı” adlı yutub kanalının efirində bildirib.

Onun sözlərinə görə, Ukrayna Prezidenti “müharibə zamanı Rusiya paytaxtına gedib təcavüzkar ölkənin nümayəndəsi olan bir şəxslə görüşə bilməz”.

Reznikov Rusiya liderinin təklifinin onun üçün bir az qəribə göründüyünü vurğulayaraq belə bir görüşün “Normand formatı” çərçivəsində Almaniya və Fransa rəhbərlərinin iştirakı ilə keçirilməli olduğunu qeyd edib.

Qeyd edək ki, aprelin əvvəlində Vladimir Zelenski rus dilində Vladimir Putinə müraciət edərək müharibənin davam etdiyi Donbass bölgəsinin istənilən nöqtəsində görüşməyi təklif edib. Zelenski çıxışında keçmişə baxmayaraq, Rusiya və Ukraynanın gələcəyini fərqli şəkildə gördüyünü də söyləyib.

Cavabında Putin Zelenskini ikitərəfli münasibətləri istənilən vaxt müzakirə etmək üçün Moskvada qəbul etməyə hazır olduğunu bildirib. Rusiya lideri vurğulayıb ki, Kiyev qondarma Donetsk və Luqansk Xalq Respublikaları (DPR və LPR) nümayəndələri ilə münaqişənin həlli ilə bağlı danışıqlar aparmalıdır.



Xəbər 3609 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları


BÜTÜN XƏBƏRLƏR +