Tanınmış həkim Sankt-Peterburqda boğulub
Bakının bu qəsəbəsində meyxanaya pis baxılır? - VİDEO
Geri çağırılan səfirin katibəsindən uşağı var - Foto
AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb
Bakı ilə İrəvanın bu tarixi müraciəti... - Sampyetro
“Boeing 737 “ sərnişin təyyarəsi təcili eniş edib
Gürcüstanda buna yol verilməyəcək - Kobaxidze


14.02.2020  13:29 

Ləğv olunan dairələrdə təkrar seçki nə zaman keçiriləcək?





A+  A-

“Nəticələri ləğv olunan dairələrin qalib gəlmiş və ya şikayətçi olan namizədləri Mərkəzi Seçki Komissiyasının (MSK) qərarından yenidən şikayət edə bilərlər”.
XəzərNews.az xəbər verir ki, bu sözləri Modern.az-a MSK-nın keçmiş üzvü Akif Qurbanov deyib. O, bildirib ki, komissiyanın qərarından narazı olan şəxslərin Apellyasiya Məhkəməsinə müraciət etmək hüququ var:

“Əgər bu məhkəmənin də qərarından razı qalmasalar, Ali Məhkəməyə müraciət göndərilə bilər. Məhkəməyə göndərilən şikayətlərə 3 gün müddətində baxılmalıdır. Qərardan kim narazıdırsa, şikayət etmək hüququ var”.

A.Qurbanov həmçinin diqqətə çatdırıb ki, təkrar seçkinin nə zaman keçirilməsi haqqında konkret müddət yoxdur:

“Məsələn, mandat ləğv edilirsə, 1 ay müddətində boş qalan yerə seçki keçirilməsi haqqında qərar qəbul edilir. Amma ləğv olunan nəticələrdən sonra yenidən seçki keçirilməsinin konkret müddəti yoxdur. Milli Məclisə seçkilərin təyin edilməsi ilə bağlı Prezident sərəncam verir. O, nə zaman verəcəksə, ona uyğun olaraq, Mərkəzi Seçki Komissiyası seçkiləri təşkil edəcək”.

Keçmiş MSK üzvü onu da əlavə edib ki, nəticələri ləğv edilən dairələrdən qalib gəlmiş namizədlər təkrar seçkilərdə iştirak edə bilərlər:

“Bu məsələdə heç kimə məhdudiyyət yoxdur”.

Xəbər 2907 dəfə oxunub.




12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları


BÜTÜN XƏBƏRLƏR +