“DeFacto” Azərbaycandakı filiallarını bağlayır
Çörəyin içindən yad cisim çıxdı
Vladimir Solovyova qarşı sui-qəsd planı ifşa edildi!
Metroda əlavə ödəniş üsulları tətbiq edilə bilər
Ağac aşdı, qadın altında qaldı - Bakıda
Sabahın havası: Yağış, külək
ANAMA-nın bölmə rəhbərləri həbs edilib
“Azərbaycanda sağlam özəl sektor formalaşmayıb” - Nəsib Piriyev
32 ədəd şokaladın içində 240 qram qızıl...
Almaniyaya qaçaq gedən qızı TIR-da zorladılar


01.06.2017  15:28 

Dərmanları pulsuz paylayanlar CƏRİMƏLƏNƏCƏK





A+  A-

Azərbaycanda dərman vasitələrinin reklam aksiyalarını keçirən şəxslər cərimələnəcək, dərmanları pulsuz paylanması qadağan edilir.
XəzərNews.az xəbər verir ki, bu barədə Milli Məclisin Səhiyyə Komitəsəinin bu gün keçirilən iclasında məlumat verilib.

İnzibati Xətalar Məcəlləsinə təklif olunan yeni dəyişikliyə əsasən, dərman vasitələrinin pulsuz paylanması, satışı, ödənişli və ya ödənişsiz tibbi xidmətlərin göstərilməsi ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək, hüquqi şəxslər 1000 manatdan 2000 manatadək məbləğində cərimə ediləcəklər.

Dəyişikliyə görə, həkim resepti olmadan buraxılan dərman vasitələrinin qəbulu və tibbi texnikadan istifadə əlavə təsirlə müşayiət olunduqda, reklamda bu barədə məlumat verilməli, həkimlə, yaxud mütəxəssislə məsləhətləşmənin zəruriliyi qeyd edilməlidir.

Dəyişiklik parlamentin iclasına tövsiyə edilib.

Xəbər 3013 dəfə oxunub.



12.09.2025  14:42 

ADNSU-nun yataqxanası bağlanıb


BÜTÜN XƏBƏRLƏR +