Rusiya spikeri ciddi ürək problemi yaşayır
İki qatar relsdən çıxıb: Ölənlər var
İlham Əliyev Xocavənd rayonunun Sos kəndində olub -FOTOLAR
Ərə veriləcəyi deyilən azyaşlının nənəsi danışdı - Video
Papa ad günün qeyd edir
Təyyarə qəzası baş verib...-Ölən və yaralananlar var
Estoniyadan bu ölkəyə MİLYONLUQ YARDIM
Daha bir general həbs edildi
Tanınmış həkim Sankt-Peterburqda boğulub
Bakının bu qəsəbəsində meyxanaya pis baxılır? - VİDEO


30.05.2017  13:58 

Azərbaycanın Ukraynadakı səfiri niyə təhqir olunub? - Foto/Fakt





A+  A-

Bir müddət əvvəl Bakı erməni "dissident”lərin tribunasına çevrilmişdi. Əvvəlcə, Ermənistan "Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan ailəsi ilə Azərbaycana sığındı, Sərkisyan rejiminə nifrət püskürdü, sonra yazıçı-publisist Vahe Avetyan Bakıya gəldi, Xocalı abidəsini ziyarət elədi, səfərlərin intensivləşməsinin vacibliyini vurğuladı.
Ardınca "Meridian” Qeyri-Hökumət Təşkilatının sədr müavini, hüquq müdafiəçisi Suzanna Çaqinyan paytaxtımıza gəldi, Eynulla Fətullyevin rəhbəri olduğu haqqin.az saytında jurnalist kimi fəaliyyətinə başladı.



Bakıya gələn bu ermənilərin əslində hansı ssenarinin ifaçıları olduğu indi-indi aydınlaşmağa başlayır.

Martirosyanın Ukraynaya köçməsi ilə "Baki projesi”nin mübhəmləri açılmaqdadır. Bu adamın Ukraynadan Azərbaycan əleyhinə bəyanatlar verməsi, Avetyanın isə onun erməni xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu deməsi, Azərbaycan-Ermənistan Sülh Platformasına daxil edilərək kəşfiyyat niyyəti ilə Bakıya göndərilməsini söyləməsi bir çox sirlərin üstünü açır.



Ancaq ən qəribəsi E.Fətullayevin yanına aldığı Martirosyan və Çaqinyandan əlavə, özünün də ermənilərlə əlaqələrinin olmasının üzə çıxmasıdır.

Bu barədə bir sıra KİV-lər E.Fətullayevin ermənilərlə olan yazışmalarının fotolarını yayıb. Saytlar qeyd edir ki, bu yazışmaları xüsusi xidmət orqanlarının rütbəli bir əməkdaşı təqdim edib

Sitat: "Birinci qrup yazışmalarda Azərbaycanın Ukraynadakı səfiri haqqında diplomatik sayılmayacaq ifadələr yer alır və bəlli olur ki, cənab Eynulla Fətullayev həmin səfirin birbaşa rəisidir… Bu sərt ifadələrə görə, səfirdən üzr istəyirik və xatırladırıq ki, bu bizim qənaətimiz deyil, başqalarının onun haqqında qənaətidir və həmin başqaları erməni kəşfiyyatçılarla söhbətlərlə onu bu cür xatırlayırlar: «küçük» və bu qəbildən olan sözlərlərlə…”

Üçüncü qrup yazışmada isə Fətullayev Martirosyanı hədələyir, ona yazır ki, Avakova (Ukraynanın Daxili işlər naziri - red.) yazaram səni yerin dibindən də olsa tapıb gətirər və sair…

"O küçük sənə görə başı ilə cavabdehdir”







Zəruri qeyd: Səfirlə bağlı yazışmalara baxanda məlum olur ki, o heç də saytların iddia etdiyi kimi, ermənilərlə deyil, "Haqqın.az”ın indi Ukraynada yaşayan əməkdaşı Əkbər Həsənovla yazışıb.

Məlum olur ki, E.Fətullayev Ukraynanın daxili işlər naziri olan erməni əsilli Arsen Avakovla çox ciddi və sıx əlaqələrə malikdir. Hətta o qədər yaxındır ki, E.Fətullayev Ukraynadakı səfirimiz Azər Xudiyevlə bağlı başqa tonda danışır, Martirosyanı isə Avakovla qorxudur.















"Bu … bizi boğaza yığıb”



İkinci qrup yazışmada Martirosyan və Fətullayev indi də Bakı redaksiyasında işləyən Suzan Caginyanı dolayırlar, onun kaprizləri haqqında səmimi olmayan fikirlərini bölüşürlər. Kollektivin daxilindəki ifadə tərzi bizi o qədər də maraqlandırmır…








"Səni Yerin dibindən də qazıb çıxararıq”
Üçüncü qrup yazışmada isə Fətullayev Martirosyanı hədələyir, ona yazır ki, Avakova yazaram səni yerin dibindən də olsa tapıb gətirər və sair… Görünür, Van Martirosyana artıq qəti tapşırıq gəlib ki, əməliyyatı dayandırıb Azərbaycandakı oyununu başa vursun. Ən azı, Martirosyanın Azərbaycan xüsusi xidmət orqanlarını və ya "isteblişmenti” dolayıb aradan çıxdığı zamanların hikkəsi var bu yazılarda…








(bakipost.az)

Xəbər 3268 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.09.2025  14:42 

Papa ad günün qeyd edir

14.09.2025  13:37 

Putin Dmitri Medvedyevi təltif edib

14.09.2025  13:26 

Sabahın havası açıqlandı

14.09.2025  13:17 

Kiyevdə neft anbarı partladıldı

14.09.2025  13:05 

Daha bir general həbs edildi

12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları


BÜTÜN XƏBƏRLƏR +