Təyyarə qəzası baş verib...-Ölən və yaralananlar var
Estoniyadan bu ölkəyə MİLYONLUQ YARDIM
Daha bir general həbs edildi
Tanınmış həkim Sankt-Peterburqda boğulub
Bakının bu qəsəbəsində meyxanaya pis baxılır? - VİDEO
Geri çağırılan səfirin katibəsindən uşağı var - Foto
AB-dən Türkiyə-Ermənistan görüşünə reaksiya
NATO “Şərq gözətçisi“ əməliyyatına başlayacaq
Bəybala Xankişiyevə “stop“ qoyuldu -FOTO
Sergey Neçayev Almaniya XİN-ə çağırılıb


23.02.2017  14:16 

“Şərq qapısı” qəzeti Vasif Talıbovla bağlı xəbərə AYDINLIQ GƏTİRDİ





A+  A-

“Naxçıvan Respublikasının fövqəladə deyil, 5-ci sessiyası çağırılacaq. Ali Məclisin sədri Vasif Talıbovun vitse-prezident elan olunacağı xəbəri də bizim qəzetdə yayımlanmayıb. Vasif müəlllimlə bağlı heç bir informasiya dərc etməmişik. Sadəcə, həmkarlarımız yanlışlığa yol veriblər”.
XəzərNews.az bildirir ki, bunu Modern.az-a açıqlamasında “Şərq qapısı” qəzetinin redaksiyasından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bu gün fövqəladə sessiyasının çağırılacağı və Vasif Talıbovun vitse-prezident elan ediləcəyi barədə yayılan xəbər münasibət bildirərkən deyiblər.

“Şərq qapısı” qəzetindən bildirilib ki, Vasif Talıbovla bağlı məlumat jurnalist təxəyyülünün məhsuludur.

“Sadəcə, orada bir məqam var ki, o da jurnalistin metodu ilə bağlıdır. Orda da göstərilir ki, “məlumatlara görə, Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycanın vitse-prezidenti elan ediləcək. Çünki Ali Məclisin sədri vəzifəsi Azərbaycanın vitse-prezidenti postuna bərabərləşdirilib”. “Məlumata görə” sözünün qeyd edilməsi jurnalistin öz təxəyyülünün məhsuludur. Bunun da bizə aidiyyatı yoxdur. Bizim qəzetdə dərc olunan material 5-ci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 5-ci sessiyasının çağrılması haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarıdır. Başqa bir məsələ deyil. Qərarda da gündəlikdə duran məsələlər, 2017-ci ilin sosial-iqtisadi inkişafı sahəsində qarşıda duran vəzifələr, Naxçıvan Muxtar Respublikasının 2016-cı il üzrə dövlət büdcəsinin icrasının təsdiq edilməsi, Naxçıvan Muxtar Respublikasının Konstitutsiyasına dəyişikliklər edilməsi ilə bağlıdır”.

Qedy edək ki, dünən bəzi KİV-lər Naxçıvan MR-in rəsmi mətbu orqanı "Şərq qapısı" qəzetinə istinad edərək, fövqəladə sessiyanın çağrılacağı və Ali Məclisin sədri Vasif Talıbovun vitse-prezident elan ediləcəyi barədə məlumat yayıblar. Bu məlumatlarda iddia olunub ki, Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklər ediləcək ki, bu da Azərbaycanın idarə sistemində dəyişikliklərlə - vitse-prezident institutunun tətbiqi ilə bağlıdır. Elə həmin məlumatlara görə, Naxçıvanın Ali Məclisinin sədri Vasif Talıbov Azərbaycanın vitse-prezidenti elan ediləcək. İddia olunub ki, Ali Məclisin sədri vəzifəsi Azərbaycanın vitse-prezidenti postuna bərabərləşdirilib. Xəbərə görə, sessiyanın gündəliyinə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliklərin edilməsi məsələsi daxildir.

Xəbər 4380 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

14.09.2025  13:37 

Putin Dmitri Medvedyevi təltif edib

14.09.2025  13:26 

Sabahın havası açıqlandı

14.09.2025  13:17 

Kiyevdə neft anbarı partladıldı

14.09.2025  13:05 

Daha bir general həbs edildi

12.09.2025  20:52 

Türkiyədə meşə yanğınları


BÜTÜN XƏBƏRLƏR +