Zəvvarları aldadan şəxs həbs olundu
Putin Avropa ölkələrini tələyə salmaq istəyir – Kallas
Polis əməliyyat keçirdi, saxlanılanlar var
Bu yerüstü keçid ya hotelə aparır, ya da ölümə - Bakıda
Harada?: Budapeşt, Cenevrə, İstanbul və Vyana...
Aqrar Xidmətlər Agentliyi 128 min manatlıq kreslo alacaq
Bu küçə tamamilə piyadalar üçün olacaq
“Yango“ ilə yemək sifarişi baha başa gəldi
Azərbaycan kimdən təhlükə gözləyir?
Bu nəticələr adamı dəhşətə gətirir - Sabiq deputat


21.08.2025  15:18 

Məşhur iş adamı Astaranın mərkəzində 3 mərtəbəli iaşə obyekti tikir





A+  A-

Astara rayon İcra Hakimiyyəti Yunis Qafar oğlu Qədimbəyliyə Astara şəhəri, Heydər Əliyev küçəsi, 11 ünvanında qeyri-yaşayış (ictimai iaşə) binasının tikintisinə icazə verib.

XəzərNews.az yeniavaz.com-a istinadla xəbər verir ki, İcra hakimiyyəti obyektin tikintisinə 11 avqust 2025-ci il tarixli ETİ-02/25 saylı sənəd əsasında icazə verib.

Açıqlanan məlumatlarda göstərilir ki, 28 yanvar 2025-ci il tarixində şəhərsalma sənədlərinə uyğunluq barədə EXO-3453/2025 saylı, həmçinin 24 oktyabr 2024-cü il tarixində tikinti layihəsinə dair 38358 saylı ekspertiza rəyləri verilib.

Bildirilir ki, tikintisinə icazə verilən iaşə obyektinin tikinti sahəsi 354,1 kv. metr, ümumi sahəsi 686,5 kv. metr, mərtəbələrinin sayı isə 3 olacaq.

Onu da qeyd edək ki, obyektə Tikintilərin Dövlət Reyestri tərəfindən 14 avqust 2025-ci il tarixli 80101014-1-2512-009149/0825 saylı kod verilib.

Məlumat üçün bildirək ki, 3 mərtəbəli iaşə obyektinin sifarişçisi olan Yunis Qafar oğlu Qədimbəyli “Sədərək” ticarət mərkəzinin sahibi kimi tanınan, məşhur iş adamı Yusif Qədimbəylinin qardaşıdır. Yunis Qədimbəyli eyni zamanda 2004-cü ildə dövlət qeydiyyatına alınan “Sədərək” Firmasının (VÖEN – 9900020171) qanuni təmsilçisidir.

Xəbər 898 dəfə oxunub.




22.08.2025  12:26 

Sabah 37 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +