Perinatal Mərkəzdə körpələrin ölümünə səbəb oradakı sıxlıq olub?
Xarkovda matəm elan edildi
İrandan Zəngəzur dəhlizinə qarşı Araz dəhlizi
Çeçenləri əyləncə klubuna buraxmadı, dava düşdü
“Bu iti çölə atın” – Tatlısəs qızını evdən qovdu
Suriyalı tələbə tualetdə 19 yaşlı qızı zorlayıb
15 yaşlı qızın nişanlanmasının qarşısı alınıb
Şəhidlər xiyabanında qeyri-etik videolar çəkən turistlər saxlanıldı
İsraildə yaşayan azərbaycanlı İrana casusluq edib?
Rusiya SOCAR-ın yanacaqdoldurma məntəqəsini vurub


18.04.2018  12:26 

REAL-dan Sərdar Cəlaloğluna sərt CAVAB





A+  A-

“Mən, İsa Qəmbər, Əli Kərimli və Pənah Hüseyn Avropa Birliyinin nümayəndələri ilə görüşəndə dedik ki, bu birliyə inteqrasiyamızda əsas hədəflərdən biri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunmasıdır. Onlar bizə həmin vaxt dedilər ki, siz heç vaxt Avropa Birliyi çərçivəsində Dağlıq Qarabağ məsələsini qaldıra bilməzsiniz. Səbəbini soruşduqda şok yaradacaq bu cavabı verdilər ki, siz bizə sənəd vermisiniz və bir şərtlə Avropa Birliyinə üzvlüyə razısınız ki, heç vaxt Dağlıq Qarabağla bağlı məsələ qaldırmayacaqsınız. Bir-birimizin üzünə baxdıq. Açığı şübhələndim ki, İsa Qəmbər, yaxud Əli Kərimli sənəd imzalayıb. Belə bir sənədə qol çəkmədiyimizi deyəndən sonra bildirdilər ki, sizin bir birliyiniz var, ora 29 təşkilat daxildir, sədri də İlqar Məmmədovdur, o bizə belə bir sənəd verib. Sonralar İlqar Məmmədovun özü də bunu təsdiqlədi, yəni belə bir sənədə qol çəkdiyini”.
Bu sözlər Azərbaycan Demokratik Partiyasının sədri (ADP) Sərdar Cəlaloğluya məxsusdur.

XəzərNews.az-ın məlumatına görə, məsələ ilə bağlı REAL-ın icraçı katibi Natiq Cəfərli Modern.az saytına açıqlama verib. O , səsləndirilən fikirlərin sərsəm olduğunu bildirib:

“İlqar Məmmədov hansı səlahiyyət sahibidir ki, hər hansısa bir sənədə qol çəksin və ya öhdəlik götürsün. Bu fikirləri səsləndirən insanın dünyagörüşü, bilik səviyyəsi, həyatı anlaması ilə bağlı ciddi şübhələrim var. Çünki məntiq deyilən bir anlayış mövcuddur. İlqar Məmmədov həbs olunana qədər REAL hərəkatının sədri olub, ondan qabaq da müxtəlif beynəlxalq təşkilatlarda müxtəlif vəzifələrdə çalışıb. Yəni rəsmi dövlət strukturlarında fəaliyyəti olmayıb ki, öhdəlik də götürsün. Bu baxımdan səsləndirilən fikirlər sərsəmdir və buna cavab vermək açığı, çətindir”.

N.Cəfərli qeyd edib ki, İlqar Məmmədov qədər Dağlıq Qarabağ məsələsini dünya birliyində, müxtəlif ölkələrdə keçirilən konfranslarda kəskin şəkildə qaldıran ikinci bir azərbaycanlı siyasətçi olmayıb:

“Nə dövlət strukturlarında, nə də müxalif strukturlarında belə bir siyasətçi var. Hətta 2011-ci ildə Ermənistanda NATO konfransında İlqar Məmmədov Zəngəzur məsələsini qaldırdığı üçün ciddi təzyiqlərə məruz qalıb. Türkiyəli deputatların köməyi ilə o konfransdan təxribatsız çıxmağa nail olub. Yəni Azərbaycanda İlqar Məmmədov qədər Dağlıq Qarabağ, o cümlədən Zəngəzurun geri qaytarılması məsələsində kəskin mövqe tutan çox nadir siyasətçilər olub. Ona görə də belə sərsəm açıqlamalar cavab vermək vaxt itkisidir”.

Xəbər 3487 dəfə oxunub.




18.08.2025  12:08 

“İrşad” cərimələnə bilər

18.08.2025  11:49 

Xarkovda matəm elan edildi

18.08.2025  11:27 

Generalın oğluna vəzifə verildi

18.08.2025  11:08 

Bu rayonda qaz olmayacaq

18.08.2025  10:20 

Zelenski Vaşinqton səfərindədir

16.08.2025  12:44 

Ay Kəramət, heeeyyy...!

15.08.2025  16:59 

Putin ağıllı adamdır - Tramp


BÜTÜN XƏBƏRLƏR +