Neft oliqarxı Adnan Əhmədzadənin həbs xəbəri yayılıb
Ukrayna ordusu Xarkov vilayətini müdafiə edir -Zelenski
Ukrayna hərbi bədheybətə çevrilir: bu gün elan etdiyi silah... - Foto
İstanbulda bərə ilə yük gəmisi toqquşub: XƏSARƏT ALANLAR VAR
PUA zərbəsi: 43 nəfər öldü
Özbəkistandan Ukraynaya NOTA
Marneulidə azərbaycanlı yeniyetmə DÖYÜLDÜ -VİDEO
Ukraynada əhalinin sayı aşağı düşüb
Səs yazısı yayılan məktəb direktoru işdən çıxarılıb
Ermənistan sürətlə inkişaf edir - AİB açıqladı


05.04.2023  10:59 

Karyera Mərkəzi fəaliyyətini dayandırır





A+  A-

Prezident İlham Əliyevin 2019-cu ildə imzaladığı sərəncamla yaradılan Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) fəaliyyətini dayandırır.

XəzərNews.az modern.az-a istinadən xəbər verir ki, artıq bu barədə Mərkəzin əməkdaşlarına məlumat göndərilib.

Bildirilib ki, qurumun əsas ofisində və regionlarda yerləşən 55 nümayəndəlikdə ümumilikdə 150-dən artıq gənc çalışır. Onlara Mərkəzin fəaliyyətinin dayandırılması haqda məlumat verilib.

Məlumata görə, ixtisarlar ilkin olaraq regionlarda, daha sonra mərkəzi aparatda həyata keçiriləcək. Aprel-may aylarında Mərkəzdə işləyən gənclərin 70-80%-nin ixtisar olunacağı, iyunun sonlarına qədər isə qurumun fəaliyyətinə tamamilə xitam veriləcəyi gözlənilir.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin fəaliyyətinin dayandırılmasına səbəb kimi maliyyə çatışmazlığı göstərilir. Mərkəzə təklif edilən büdcənin nəinki layihələrə, hətta əməkdaşların əməkhaqqı üçün kifayət etmədiyi bildirilir. Buna görə də Mərkəzin fəaliyyətinə tamamilə xitam verilməsi barədə qərar qəbul edildiyi deyilir.

Qeyd edək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzi Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə yaradılıb. Mərkəzin nümayəndəlikləri ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində yerləşib.

2019-cu ildə imzalanan sərəncamda Mərkəzin fəaliyyətinin təmin olunması üçün Gənclər Fonduna 4 milyon manat ayrılıb.

Qeyd edək ki, regionlarda gənclərlə bağlı bir neçə paralel qurum fəaliyyət göstərir. Bunlar Gənclər və İdman Nazirliyinin tərkibindəki Gənclər Evləri, icra hakimiyyətlərinin tərkibində fəaliyyət göstərən Gənclər və İdman İdarələri, habelə Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional nümayəndəlikləridir.

Onu da bildirək ki, Gənclərin İnkişaf və Karyera Mərkəzi fəaliyyət göstərdiyi 4 il ərzində müxtəlif peşə təlimləri, təhsil və təcrübə, könüllülük, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil edib.

Xəbər 2482 dəfə oxunub.




19.09.2025  23:53 

Laçın hazırda... - Fotolar

19.09.2025  23:33 

PUA zərbəsi: 43 nəfər öldü

19.09.2025  23:30 

Özbəkistandan Ukraynaya NOTA

19.09.2025  22:44 

MTX-nin direktoru Bakıya gəldi

19.09.2025  17:32 

Diqqət: Çaylardan sel keçəcək


BÜTÜN XƏBƏRLƏR +