Diqqət: Çaylardan sel keçəcək
Referendum niyə lazımdır? - Şərh
İsrail ordusu Qəzzanı boşaldır
Məktəb direktorunun diplomu saxtadır? - İDDİA
Yasamalda bu yollar bağlanır - Rəsmi
AZAL “Airbus A320neo” tipli sərnişin təyyarəsi aldı
Pensiyalarda artım olacaq... - Vaxt açıqlandı
Mətbuat Xidmətinin rəhbəri böyük köməkçi oldu
Ukraynalıların əksəriyyəti Zelenskiyə güvənir – Sorğu
“Formula 1“də birinci sərbəst yürüş dayandırılıb


01.06.2021  09:57 

Rusiyanın dövlət borcu açıqlandı





A+  A-

Rusiyanın 2021-ci ilin birinci rübündə dövlət borcu 741,3 milyard rubl artaraq 19,7 trilyon rubl, yaxud ÜDM-in 17 faizini təşkil edib.
XəzərNews.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Hesablama Palatası bildirib.

“İlkin məlumatlara görə, 2021-ci ilin birinci rübü ərzində Rusiya Federasiyasının dövlət borcu 741 290,4 milyon rubl və ya 3,9 faiz artıb və 2021-ci il aprelin 1-də 19 681 692,6 milyon rubl (ÜDM-in proqnozlaşdırılan həcminin 17 faizi) təşkil edib”, - sənəddə deyilir.

Daxili borc 683 milyard rubl, yaxud 4,6 faiz artaraq 15,434 trilyon rubla bərabər olub. Rusiya dövlət borcunun ümumi həcmində onun payı 77,9 faizdən 78,4 faizə yüksəlib.

Xarici borc 598,3 milyon dollar və ya yanvar ayının 1-nə olan göstərici ilə müqayisədə 1,1 faiz azalaraq, aprelin 1-də 56,1 milyard dollar təşkil edib.

Xəbər 2771 dəfə oxunub.



19.09.2025  17:32 

Diqqət: Çaylardan sel keçəcək


BÜTÜN XƏBƏRLƏR +