İrandan Azərbaycana 16 kq narkotika keçirmək istədilər
Məktəb direktoru ilə bağlı araşdırma başlanıldı
Rusiyanı yalnız Çin dayandıra bilər - Tramp
Trampın mövqeyi Rusiyada eşidilmir - Zelenski
Bu proses hansı məhsulların qiymətini artıra bilər?
Mən Putinin alovlu döyüşçüsüyəm! - Kadırov
“Formula-1“ başlayır - Bakıda
Bu ölkədən Ukraynaya hərbi yardım
Şuşada tarixi qərar: Bakı-Əbu-Dabi xəttində strateji tərəfdaşlıq mərhələsi
Kamçatkada güclü zəlzələ -VİDEO


03.09.2019  18:11 

Bakıda Milli Qəhrəmana heykəl qoyuldu





A+  A-

Bakıda Azərbaycanın Milli Qəhrəmanının şərəfinə abidə ucaldılıb.
XəzərNews.az-ın Trend-ə istinadən məlumatına görə, Nərimanov rayonunda Milli Qəhrəman Albert Aqarunova heykəl qoyulub. Heykəl qəhrəmanın adına olan küçədə ucaldılıb. Abidə artıq hazırdır və yaxın zamanlarda açılışı gözlənilir.

A. Aqarunov 25 aprel 1969-cu ildə Bakının Əmircan qəsəbəsində, yəhudi ailəsində anadan olub. Qarabağ müharibəsi başlayarkən 1992-ci ildə Albert Aqarunov könüllü olaraq cəbhəyə yollanıb. Tank komandiri təyin edilən Albert Aqarunov Şuşa cəbhəsində döyüşüb. O Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı məhv edib.

A. Aqarunov 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə snayper gülləsinə tuş gəlib və döyüş meydanında həlak olub. Bakıda Şəhidlər xiyabanında dəfn edilib. Bu il şəhidin 50 illik yubileyidir.

Xəbər 2781 dəfə oxunub.




18.09.2025  16:18 

Eyfel qülləsi bağlanıb


BÜTÜN XƏBƏRLƏR +