Yasamalda bu yollar bağlanır - Rəsmi
AZAL “Airbus A320neo” tipli sərnişin təyyarəsi aldı
Pensiyalarda artım olacaq... - Vaxt açıqlandı
Mətbuat Xidmətinin rəhbəri böyük köməkçi oldu
Ukraynalıların əksəriyyəti Zelenskiyə güvənir – Sorğu
“Formula 1“də birinci sərbəst yürüş dayandırılıb
Milli Məclisdə referendum müzakirəsi... - Yeni çağırışlar meydana çıxır
İrandan Azərbaycana 16 kq narkotika keçirmək istədilər
Məktəb direktoru ilə bağlı araşdırma başlanıldı
Rusiyanı yalnız Çin dayandıra bilər - Tramp


14.12.2023  07:02 

Laçın şəhərinə növbəti köç karvanı yola salınıb -FOTO





A+  A-

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

Xəzərnews.az xəbər verir ki, yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı dekabrın 14-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 86 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 383 ailənin, yəni 1475 nəfərin daimi məskunlaşması təmin edilib./APA










Xəbər 2793 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +