Sabah bəzi yerlərdə yağış yağacaq
Lavrovun açıqlamaları nədən xəbər verir?
SEPAH komandiri güllələnərək öldürülüb
Məzahir Pənahovun oğlu məhkəmədə uduzdu
Formula-1 ilə əlaqədar şəhərə giriş bağlanacaq
Aeroportdan şəhərə gələn taksi qiymətləri açıqlandı
Britaniya Fələstin dövlətini rəsmən tanıyacaq
ABŞ Senatında Trampdan narazılıq artır - The Hill
Hərbçimiz qəzada həlak olub
Maaşımızdan 14% vergi tutulacaq... - Pensiya yığımları azalacaq


08.09.2021  12:45 

Yağıntılı, küləkli hava sabahdan sabitləşəcək





A+  A-

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hazırkı hava şəraitini açıqlayıb.
XəzərNews.az xəbər verir ki, Xidmətin sentyabrın 8-i saat 12:00-a olan məlumatına əsasən, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Lənkəran-Astara və Balakən-Şəki zonasının bəzi yerlərində leysan xarakterli intensiv və güclü olub. Yağan leysan yağışlar nəticəsində Əyriçay Başdaşağıl (Oğuz), Balakənçay və Talaçaydan (Zaqatala) sel keçib. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Düşən yağışın miqdarı Lənkəranda 71.0 mm (aylıq normanın 42 %-i), Astarada 59.0 mm (aylıq normanın 30 %-i), Lerikdə 40.0 mm (aylıq normanın 58 %-i), Kişçayda (Şəki) 39.0 mm (aylıq normanın 37 %-i), Şinçayda (Şəki) 32.0 mm (aylıq normanın 47 %-i), Yardımlıda 29.0 mm (aylıq normanın 37 %-i), Əyriçay Başdaşağılda (Oğuz) 27.0 mm (aylıq normanın 37 %-i), Şəkidə 25.0 mm (aylıq normanın 37 %-i), Qubada 20.0 mm (aylıq normanın 32 %-i), Zaqatalada 18.0 mm, Qusarda 14.0 mm (aylıq normanın 29 %-i), Sarıbaşda (Qax) 13.0 mm, Şahdağda 11.0 mm, Nabranda 10.0 mm, Balakən, Qrızda 7.0 mm, Xınalıqda 6.0 mm, Şabranda 5.0 mm, Xaltan, Şabran, Altıağacda 3.0 mm, Daşkəsən, Gədəbəy, Göygöl, Oğuz, Qəbələ, Şirvan, Göytəpə, Kəlvəz, Yevlaxda 1.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 2.0 mm, Binə, Bakıda 1.0 mm-dək olub.

Şimal-qərb küləyi arabir Naftalanda 28 m/s, Tərtər, Salyanda 25 m/s, Ağdamda 22 m/s, Neftçala, Hacıqabul, Şirvanda 20 m/s, Gəncədə 18 m/s, Şəmkir, Şabran, Xaçmazda 16 m/s, Bakıda və Abşeron yarımadasında: Bakıda 28 m/s, Sumqayıtda 25 m/s, Ələtdə 24 m/s, Qum adasında 23 m/s, Binədə 21 m/s, Pirallahıda 20 m/s, Maştağa, Çılov adası, Neft Daşlarında 19 m/s-dək güclənib. Neft daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 4.2 metrə çatıb.

Ölkə ərazisində müşahidə olunan yağıntılı, küləkli hava şəraiti sentyabrın 9-dan sabitləşəcəyi, gün ərzində əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir.

Xəbər 4274 dəfə oxunub.



18.09.2025  13:02 

Prezident Marta Kosu qəbul edib

18.09.2025  10:15 

“Netflix“ Bakıya gəlir

17.09.2025  17:57 

Hərbçimiz qəzada həlak olub

17.09.2025  15:35 

Bakıda uşaq bağçada yaralandı

17.09.2025  15:33 

Futbolçu oyun zamanı öldü


BÜTÜN XƏBƏRLƏR +