Bu ölkədən Ukraynaya hərbi yardım
Şuşada tarixi qərar: Bakı-Əbu-Dabi xəttində strateji tərəfdaşlıq mərhələsi
Kamçatkada güclü zəlzələ -VİDEO
Deputat istefa verdi, bütün rəhbər heyət getdi
Tanınmış ssenarist vəfat etdi -FOTO
Ceyhun Bayramov Marta Kos ilə görüşüb
Qumar oyunları təşkil edən şəbəkə ifşa olundu - ƏMƏLİYYAT
Onlar üçün ictimai nəqliyyat pulsuz ola bilərmi?
Gəlirlər 38.4, xərclər isə 41.5 milyard manat: Fərqi necə qapadacağıq?
Rusiya Ukraynaya yüzlərlə meyit qaytardı


18.05.2020  15:43 

SMS-lə icazə alanların sayı açıqlandı





A+  A-

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması çərçivəsində 18 may tarixindən yaşayış yerini SMS icazə sistemi ilə, icaze.e-gov.az portalında qeydiyyatdan keçməklə, xidməti vəsiqə və ya iş yeri barədə arayış əsasında tərk etmək sistemi ləğv edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən XəzərNews.az-a verilən məlumata görə, 5 aprel 2020-ci il tarixindən “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” fəaliyyət göstərib.

Sistem Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzı və Daxili İşlər Nazirliyi tərəfindən ərsəyə gətirilib. Bu müddətdə əməkdaşlar üçün icazənin alınması ilə bağlı 72 330 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 924 992 icazə faktiki qüvvədə olub.

Evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 36 milyon 184 min SMS göndərilib. SMS-lərin 99 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb.

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” bu müddətdə tam dayanıqlı və təhlükəsiz vəziyyətdə fəaliyyət göstərib. Vətəndaşlara sistemdən istifadə qaydaları və yaranan çətinliklərlə əlaqədar “ASAN xidmət"in 9108 Çağrı Mərkəzinə müraciət edilməsi imkanı yaradılıb. Mərkəzin əməkdaşları tərəfindən, ümumilikdə 500 000-dən çox vətəndaş müraciəti qəbul olunub.

Sistemin tətbiqi ilə bağlı beynəlxalq maraq da olub. Belə ki, Qazaxıstan Respublikası müvafiq təcrübə əsasında vətəndaşlarının hərəkəti üçün onlayn qeydiyyat sistemini hazırlayıb. Eyni zamanda Rusiyanın bir neçə federal subyektinin tətbiq etdiyi bu sistemlə bağlı Türkiyə və Birləşmiş Ərəb Əmirliyi tərəfindən də Dövlət Agentliyinə sorğular göndərilib.

Xəbər 3086 dəfə oxunub.




18.09.2025  16:18 

Eyfel qülləsi bağlanıb

18.09.2025  13:02 

Prezident Marta Kosu qəbul edib

18.09.2025  10:15 

“Netflix“ Bakıya gəlir


BÜTÜN XƏBƏRLƏR +