İrandan Azərbaycana 16 kq narkotika keçirmək istədilər
Məktəb direktoru ilə bağlı araşdırma başlanıldı
Rusiyanı yalnız Çin dayandıra bilər - Tramp
Trampın mövqeyi Rusiyada eşidilmir - Zelenski
Bu proses hansı məhsulların qiymətini artıra bilər?
Mən Putinin alovlu döyüşçüsüyəm! - Kadırov
“Formula-1“ başlayır - Bakıda
Bu ölkədən Ukraynaya hərbi yardım
Şuşada tarixi qərar: Bakı-Əbu-Dabi xəttində strateji tərəfdaşlıq mərhələsi
Kamçatkada güclü zəlzələ -VİDEO


08.02.2017  13:17 

Azərbaycanda ali məktəblərə qəbul şərtləri dəyişir





A+  A-

 

Təhsil Nazirliyi hökumətə ali təhsil müəssisələrinə qəbul olan tələbələrin sayının artırılmasına dair təkliflər təqdim edib.

XəzərNews.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, Təhsil Nazirliyinə ali təhsil müəssisələri tərəfindən edilən müraciətlər əsasında hökumətə bu il ali təhsil sistemində hazırlıq ilinin tədbiqi şərti ilə ali təhsil müəssisələrinə qəbulun genişləndirilməsinə, yəni qəbul olan tələbələrin sayının artırılmasına dair təkliflər təqdim olunub. Hazırda həmin təklifə hökumətdə baxılır.

M.Cabbarov əlavə edilib ki, bu dəyişiklik qəbul olunduğu təqdirdə Azərbaycanda ali təhsil səviyyəsinə qəbul olan tələbələrin sayı nisbətən artacaq və yüksək akademik nailiyyətlər göstərən tələbələr öz tədrisinə dərhal başlaya biləcəklər:

"Amma zəruri bilik səviyyəsi nümayiş etdirə bilməyən, lakin ali təhsilə meyilli olan, ali təhsil almaq istəyən tələbələr bir sra ixtisaslar üzrə ali məktəblərin nəzdində xüsusi hazırlıq kursları keçdikdən sonra ali təhsilə başlaya biləcəklər".



Xəbər 2889 dəfə oxunub.




18.09.2025  16:18 

Eyfel qülləsi bağlanıb


BÜTÜN XƏBƏRLƏR +