Yasamalda bu yollar bağlanır - Rəsmi
AZAL “Airbus A320neo” tipli sərnişin təyyarəsi aldı
Pensiyalarda artım olacaq... - Vaxt açıqlandı
Mətbuat Xidmətinin rəhbəri böyük köməkçi oldu
Ukraynalıların əksəriyyəti Zelenskiyə güvənir – Sorğu
“Formula 1“də birinci sərbəst yürüş dayandırılıb
Milli Məclisdə referendum müzakirəsi... - Yeni çağırışlar meydana çıxır
İrandan Azərbaycana 16 kq narkotika keçirmək istədilər
Məktəb direktoru ilə bağlı araşdırma başlanıldı
Rusiyanı yalnız Çin dayandıra bilər - Tramp


13.08.2025  11:10 

Qazaxıstan Xəzər üçün pul ayırdı





A+  A-

Qazaxıstan hökuməti bu ölkənin Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutunun inkişafına maliyyə vəsaiti ayırıb.

XəzərNews.az “Kazinform” agentliyinə istinadla xəbər verir ki, Prezident Kasım-Jomart Tokayevin Xəzər dənizinin problemlərinin hərtərəfli öyrənilməsi ilə bağlı verdiyi tapşırıqların icrası çərçivəsində Qazaxıstan Xəzər Dənizi Elmi-Tədqiqat İnstitutuna hökumət ehtiyatından 305 milyon tenqe (təqribən 564 min dollar) ayrılıb. Müvafiq qərarı Baş nazir Oljas Bektenov imzalayıb.

Bu institut dövlət başçısı Kasım-Jomart Tokayevin sərəncamı ilə Xəzər dənizinin ekoloji problemlərini öyrənmək üçün yaradılıb. Onun fəaliyyət dairəsinə balıq ehtiyatlarının qiymətləndirilməsi, onların mühafizəsi üsullarının və texnologiyalarının işlənib hazırlanması, ixtiofaunanın, suitilərin kütləvi şəkildə tələf olmasının səbəblərinin öyrənilməsi və onların populyasiyasının saxlanılması məsələləri daxildir. Bundan əlavə, həmin elmi-tədqiqat müəssisəsi dənizin hidroloji proseslərinin öyrənilməsi və səviyyəsinin monitorinqi, iqlim dəyişikliyi və onun ekosistemə təsirinin təhlili, akvatoriyanın Qazaxıstan hissəsində və Xəzər dənizi sahillərində suyun keyfiyyəti, bioloji müxtəliflik və digər parametrlər haqqında məlumatların toplanması və tədqiqi üzrə ixtisaslaşıb.

Hökumət ehtiyatından ayrılan vəsait institutun gələcək inkişafı üçün istifadə olunacaq, hidrobiologiya və hidrokimya, hidrometeorologiya, peyk monitorinqi laboratoriyalarında elmi-tədqiqat işlərinin vaxtında və səmərəli aparılmasına və elmi-tədqiqat institutunun qarşısında duran digər vəzifələrin həllinə imkan verəcək.

Bu ilin iyulunda Qazaxıstanın Baş naziri Oljas Bektenov Altay Respublikasında (Rusiya Federasiyası) keçirilən birinci Beynəlxalq Ətraf Mühit Konfransındakı çıxışında Xəzər dənizinin dayazlaşması problemini əsas regional çağırışlardan biri kimi qeyd edib.

Xəzər dənizi unikal ekosistem və su bioresurslarının əsas mənbəyidir, habelə Qazaxıstanın qərb regionlarının və bütövlükdə ölkənin davamlı inkişafında əsas rol oynayır.

Dənizin Qazaxıstan hissəsinin sahil xətti 2320 kilometrdir. Bu, bütün Xəzəryanı dövlətlər arasında ən uzun sahil xəttidir.

Xəbər 967 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +