Ermənilərin Azərbaycana qayıtması qeyri-realdır - Paşinyan
Voronejdə bazar sahibi olan Yusif Xəlilov həbs edilib
Paytaxtın mərkəzi küçəsində işıqfor işləmir
Bu, artıq səhv deyil, belə zərbələr... - Ukraynadakı azərbaycanlı
“TamStore” çəkidə və qiymətdə müştəriləri aldadır
Etimad İsmayılovun qatili azadlıqda?
Sabahın hava proqnozu açıqlanıb
Sərxoş avtobus sürücüsü həbs edildi
Perinatal Mərkəzdə körpələrin ölümünə səbəb oradakı sıxlıq olub?
Xarkovda matəm elan edildi


22.08.2023  17:14 

Araik Ağdama gedən yolu açmaq istəyir: Qarabağda çevriliş hazırlanır





A+  A-

Separatçıların lideri Ağdam vasitəsilə Qarabağa yol açmağı planlaşdırır. Bu, onun opponentlərinin, o cümlədən rusiyalı biznesmen Ruben Vardanyan və daşnakların etirazına səbəb olub.

Öz növbəsində Araik Arutyunyanın silahlı tərəfdarları “hökuməti”, “parlamenti” dağıdacaqları və “böhran şurası” yaradaraq bütün hakimiyyəti ona verməklə hədələyirlər.
Hər şey bir neçə gün əvvəl Araik Arutyunyan istefa vermək niyyətində olduğunu elan edəndən sonra başlayıb.

Bundan sonra Ruben Vardanyan onu ictimaiyyəti aldatmaqda və getmək barədə fikrini dəyişməkdə ittiham edib. O, Arutyunyana göndərdiyi videomüraciətdə deyib: “Siz nə lider, nə də ali komandan ola bildiniz və bu, davranışınızla bağlıdır”.

“Həftənin əvvəlində siz istefaya gedəcəyinizə inandırdınız və artıq qərar verdiyiniz üçün sizi razı salmağa ehtiyac yoxdur. 8 nəfərin iştirak etdiyi iclasda çoxları sizə inanmadı. Siz elə etdiniz ki, dövlət başçısının sözlərinə heç kim inanmasın, sizin sözləriniz boş şeydir”, - deyə o, sözlərinə davam edib.

Daha sonra o qeyd edib ki, Arutyunyan “qırmızı xətti” keçib və xalq bunu ona bağışlamayacaq. Eyni zamanda, o, bununla nə demək istədiyini açıqlamayıb.

Bu sualın cavabı erməni mətbuatında yer alıb. KİV-ə görə, Arutyunyan Azərbaycanla əməkdaşlığa razıdır və Ağdamdan Qarabağa yolu açmağa hazırdır. “Past” nəşrinin məlumatına görə, yaxın vaxtlarda Bərdədə Qarabağ ermənilərinin nümayəndələrinin Azərbaycan hakimiyyəti ilə görüşü keçiriləcək və orada bütün məsələlər razılaşdırılacaq.
Bu planlar təkcə Ruben Vardanyanın deyil, daşnakların təmsil etdiyi Azərbaycanla barışıq əleyhdarlarının da etirazına səbəb oldu.

Qarabağ “parlamenti”nin rəhbəri David İşxanyanın Bakı ilə münasibətlərin normallaşdırılması istiqamətində addımların qarşısının alınması cəhdləri ona gətirib çıxardı ki, Arutunyanın silahlı tərəfdarları “parlamenti” ələ keçirdilər və İşxanyan sakitləşməsə, onu cəzalandıracaqları ilə hədələdilər.

Bu barədə videomüraciətində “yaraqlıların komandiri” Karen Matevosyan bildirib. Qarabağdan gələn xəbərlərə görə, bu hərbi dəstənin üzvləri Arutyunyanın əleyhdarlarına təzyiq göstərir və onları cəzalandıracaqları ilə hədələyirlər.

Göründüyü kimi, Azərbaycanla reinteqrasiya ideyasının əleyhdarları boyun əymək niyyətində deyillər və qətiyyətli addımlara da hazırdırlar. Amma güc strukturlarınınb və hər şeydən əvvəl Qarabağ ordusunun mövqeyi hələ bəlli deyil.

Hadisələrin necə inkişaf edəcəyi hələ bəlli deyil, lakin İrəvanın susması Ermənistanın bu prosesə müdaxilə etmək niyyətində olmadığını deməyə əsas verir. Eyni zamanda, vəziyyətin gərginləşməsi və müxtəlif qruplar arasında silahlı qarşıdurmanın başlaması Bakının Qarabağdakı qanunsuz silahlı birləşmələri tərksilah etmək planlarını sürətləndirə bilər.

Turan Agentliyi

Xəbər 2763 dəfə oxunub.




18.08.2025  13:04 

Sabahın hava proqnozu açıqlanıb

18.08.2025  12:47 

“Rabitəbank” cərimələndi

18.08.2025  12:08 

“İrşad” cərimələnə bilər

18.08.2025  11:49 

Xarkovda matəm elan edildi

18.08.2025  11:27 

Generalın oğluna vəzifə verildi

18.08.2025  11:08 

Bu rayonda qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +